Gələn ilin fevral ayında Gürcüstanda mobil rabitə şəbəkəsinin abunəçiləri üçün «nömrələrin köçürülməsi» (number portability) sistemi tətbiq olunacaq. Həmçinin, 2011-ci ilin oktyabr ayında analoji sistemin stasionar rabitə şəbəkəsində də tətbiqi planlaşdırılır.
«Nömrələrin köçürülməsi» xidməti abinəçilərə şəxsi nömrələrini dəyişmədən bir operatorun şəbəkəsindən digər operatorun şəbəkəsinə keçməyə imkan verir. Bu sistemin tətbiqi ilə bağlı qəbul edilmiş sənəd operatorlar tərəfindən abunəçinin texnologiyadan asılı olmayaraq bir şəbəkədən digərinə keçdiyi halda şəxsi nömrələrini saxlamaq hüququnu təmin edilməsini nəzərdə tutur.
Abunəçinin coğrafi yerləşməsi halı istisna edilməklə, operatorların abunəçinin şəbəkəni dəyişdirmək hüququnu məhdudlaşdırmağa, müxtəlif tariflər müəyyənləşdirməyə, bu xidmət üçün əlavə xidmət haqqı almağa ixtiyarları yoxdur. Operatorlar «köçürürlmüş» və mövcud abunəçilərə eyni səviyyədə və keyfiyyətdə xidmət göstərməlidir. Bundan başqa, operatorlar nömrələrin köçürülməsi üçün mərkəzi bazaya (Number Portabilitry Central Database) qoşulma xərclərini öz öhdəsinə götürməlidir. Operator «köçürmə» əməliyyatından yalnız o vaxt imtina edə bilər ki, əgər abunəçinin hesablar üzrə ödənişləri tam həyata keçirməyib və ya abunəçi son 30 gündə artıq «nömrə köçürmə» xidmətindən artıq istifadə edib.
Qeyd edək ki, hazırda Azərbaycanda da bu sistemin tətbiqi ilə bağlı layihə hazırlanır və Türkiyə və digər ölkələrin analoji təcrübəsi öyrənilir.
Mənbə APA
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri