Xəbər verdiyimiz kimi, Bakı Dövlət Universitetində təhlükəsizlik məqsədi ilə audutoriyalara kameralar quraşdırılıb. Bəs görəsən tələbələr və müəllimlər bu addımı necə qarşılayırlar ? Biz də bu suala cavab tapmaq məqsədilə BDU-da sorğu keçirdik.
Aysel Fərziyeva: “Məncə, bu kameraların quraşdırılması təhlükəsizlik adı ilə nəzarətedici xarakter daşıyır. Adutoriyada tələbələr üzərində nəzarətin olması isə heç xoş deyil. Kameraların auditoriyalarda quraşdırılması, məncə təhsilin səviyyəsinə müsbət təsir göstərməyəcək”.
Fatimə Kərimova: “Düşünürəm ki, bu tədbir mənasızdır. Bəhanə edilir ki, bəzi tələbələr dərsdə telefonla oynayır, dərsə qulaq asmır. Əgər mühazirə müəllimlər sovetdən qalma cümlələrlə dərsi keçirlərsə, tələbə nə etsin? Burdakı tələbələrin hər biri yetkinlik yaşına çatmış gənclərdir. İstəyən mühazirəyə qulaq asmaya bilər. Bunu kamera ilə izləmək isə, bizim hüquqlarımıza müdaxilə deməkir”.
Bəhruz Qaçayev: “Kameraların auditoriyalara quraşdırılmasının qəti əlehinəyəm! Deyə bilərlər ki, bu təhlükəsizlik üçündür. Məncə bu kameralar dəhlizdə quraşdırılmalıdır. Kameraların quraşdırılması müəllim və tələbələr arasında sərbəst əlaqə qurulmasına maneçilik törədir. Mən bunu hüquqlarımızın pozulması kimi qəbul edirəm. Ən azından bu kameralara xərclənən pullar, jurnalistika fakültəsinin studiyasının yenilənməsinə, professional kameraların alınmasına xərclənə bilərdi”.
Ramiq Qəmbərov: “Neçə vaxtdır hər gün gözümüzə sataşan, kameralar axır ki, fəaliyyətə başladı. Dərsdə məni görüntüləyən bir kameranın olması mənə necə müsbət nəticələr verə bilər. Kameraların nəyə lazım olmasını heç cür başa düşmək olmur. Əgər bu təhlükəsizlik üçündürsə, onda bunu dəhlizdə yerləşdirin. Başqa universitetlərimdə oxuyan dostlarıma bu haqda deyəndə, mənə gülürlər. Həqiqətən də gülünc bir haldır. Bu nədi? Müəllimdən icazə alıb çıxmaq istəyəndə isə müəllim kameranı göstərib, icazə vermir. Başa düşə bilmirəm məgər biz robotuq”?
Qumru Mustafayeva: “Adutoriyalara kameraların quraşdırılması çox gülüncdür. Tələbələri çərçivəyə salırlar. Tələbələr başqa işlə məşğul olsalar belə, heç kəs onlara nəyisə məcbur etdirə bilməz. Sovet beyinli müəllimlərin bir yığın sözlərini eşitməkdənsə, kitab oxumaq daha yaxşıdır. Olmazdımı ki, o kameralara xərclənən pullar, tələbələrə studiyada lazım olan avadanlıqlara xərclənərdi”?
Türkiyəli tələbələr də kameraların auditoriyalara quraşdırılmasına narazılıqlarını bildirdiər.
Hasan Enes Ünlü: “Auditoriyalara kameraların quraşdırılması tələbələri olduqca narahat edir. Bu addım çox mənasızdır. Axı biz, yetkinlik yaşına çatmış gənclərik. Kimi kimdən qorumaq üçün bu addım atılır? Kameraların qaldırılmasını istəyirəm”.
Zeynal Məmmədli: Tədrisin keyfiyyətini yaxşılaşdırmaq adı altında ifadə azadlığını məhdudlaşdırmasıdır bu.
BDU jurnalistika fakültəsinin müəllimi, media eksperti Zeynal Məmmədlinin də məsələylə bağlı fikirlərini öyrəndik.
“Neft Akademiyasında baş verən məlum olaydan sonra, ali məktəblərdə təhlükəsizliyi qorumaq zəruri oldu. Bunun ən kəsərli yollarından biri də video müşahidədən istifadə etməkdir. Universitet ərazisində video görüntülərin olması çox təbii və vacibdir. Arzu olunmayan hadisələrin üzə çıxarılması yönümündə böyük xidmətləri olur bu kameraların. Ancaq, kameraların auditoriyaya qoyulması bəzi suallar doğurur. Əgər bu kameralar müəllim və tələbə arasında ideolaji fərqləri, siyasi söhbətləri, fikir ayrılığı doğuran məsələlərli işıqlandıracaqsa, onda bu ifadə azadlığına qarşı yönəlmiş bir addım hesab etmək olar. Tədrisin keyfiyyətini yaxşılaşdırmaq adı altında ifadə azadlığını məhdudlaşdırmasıdır bu. Amma, bunun arxasında həqiqətən də, təhsilin vəziyyətini yaxşılaşdırmaq və auditoriyalardakı dərsləri ümumiləşdirmək, Baloniya sistemindəki qüsurları ortaya çıxardacaqsa kameraların quraşdırılması yaxşı haldır.
İkinci halın öyrənilməsi üçün kameraların quraşdırılmasından başqa yollarda var. Bunlardan bir digəri mühazirələrin müayinədən keçirilməsidir. Mühazirələrin standartlara uyğunluğu məsələsidir. Amma bunu kim yoxlayacaq? Mənim fikrimcə, kameraların quraşdırılması yaxşı məqsədlə olsa belə, narazılıq yaradacaq.”
Ələsgər Məmmədli: Universitetdə olan təhlükəsizlik kamerası əməliyyat-axtarış xarakterli deyil və ona görə də qanunsuz sayılır.
Hüquqşünas Ələsgər Məmmədli də bu məsələyə münasibətini bildirdi: “Konstitutsiyanın 32-ci maddəsi özəl həyata müdaxilənin qanunsuz hesab olunmasına dair kameralardan istifadəni qadağan edir. Bundan sonra 5 qanuna dəyişiklik olub. Bu qanunların hər birində istisna nəzərdə tutulub. Burada istisnalar əməliyyat-axtarış tədbirləri baxımındandır. Amma universitetdə olan təhlükəsizlik kamerası əməliyyat-axtarış xarakterli deyil və ona görə də qanunsuz sayılır.”
Əfsələddin Ağalarov
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri