“Apple” “Motorola”ya qarşı cavab iddiası qaldırıb
“Apple” şirkəti “Motorola”nı əqli mülkiyyət hüquqlarının pozulmasında günahlandırıb və bu şirkətə qarşı məhkəmə iddiası irəli sürüb.
Xeberler.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, 9 səhifəlik iddia ərizəsində qeyd olunur ki, “Motorola” öz telefonlarında və proqram təminatında “Apple” şirkətinə məxsus üç patent hüququnu pozub.
“Apple” hüquqşünasları hesab edirlər ki, “iPhone” istehsalçısının texnologiyalarının qanunsuz tətbiq olunduğu “Motorola” məhsulları arasında “Droid”, “Devour i1”, “Charm”, “Backflip” və “Cliq” qurğuları var.
Xatırladaq ki, oktyabr ayının əvvəlində “Motorola” “Apple”i məhkəməyə verərək sonuncunu 3G, GPRS, 802.11 simsiz rabitəsi, eləcə də antena quruluşu kimi texnologiyalarla bağlı bir neçə patent hüququnu pozmaqda ittiham edib.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri