2009-cu ildə Eee PC-dən yeniliklər gözlənilir

13-10-2008 / 14:00
ASUS-un baş meneceri Semson Hu məşhur İT nəşriyyatı DigiTimes-in jurnalistinə Eee PC noutbukları ilə bağlı planlarını danışaraq, 2009-cu ildə mini-noutbuklarda olacaq yenilikləri nəzərə çatdırıb.
Gələn il “tamölçülü” (10” və ya 8,9”) Eee PC meydana çıxmalıdır. Onun qiyməti 300 dollara yaxın olacaq. Həmçinin sensor ekranlı ASUS netbukunun modifikasiyaları da yaradılacaq. Üçüncü yenilik isə, ASUS-un ikinüvəli İntel Atom prosessorlarının istehsalında istifadə edilməsi olmalıdır. Bu  yenilik cari ildə də həyata keçə bilər. “Hər şey İntelin mobil ikinüvəli prosessorları nə vaxt istehsal edəcəyindən asılıdır”. - Semson Hu belə söylədi.

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə