Rabitə və poçt müəssisələrinin gəlirləri 10 ay ərzində 32% artıb

20-11-2010 / 01:11

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda rabitə və poçt müəssisələri 933 mln. manat məbləğində xidmət göstəriblər. Bu isə ötən ilin analoji dövrünün göstəricisindən 32,1% çoxdur. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Xidmətin 74,1%-nin istifadəçiləri fiziki şəxslər olublar. Onlara göstərilən xidmətin həcmi 691,353 mln. manat təşkil edib (artım 7,2%).

2010-cu ilin yanvar- oktyabr aylarında göstərilən rabitə xidmətlərinin ümumi həcminin 67,6%-i və ya 630,6 mln. manat məbləğində xidmət ölkədə fəaliyyət göstərən 3 mobil rabitə operatorunun – “Azercell Telecom”, “Bakcell” və “Azerfon”un payına düşüb ki, bu da 2009-cu ilin analoji dövrünün göstəricisindən 33,2% çoxdur.

Hazırda ölkədə mobil rabitə abunəçilərinin sayı 8,5 mln. təşkil edir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə