Azərbaycanda orta məktəblərin 22%-i internetə qoşulacaq

02-12-2010 / 13:47

 2010-cu ilin sonuna qədər 1000 təhsil müəssisəsinin Azərbaycan təhsil şəbəkəsinə (AzEduNet) qoşulması ilə əlaqədar işlər yekunlaşmaq üzrədir.

Təhsil Nazirliyindən verilən məlumata görə, bu ilin sonuna kimi Azərbaycanın orta məktəblərinin ümumi sayının 22%-i artıq genişzolaqlı internetə qoşulacaq.

Beləliklə, Azərbaycan təhsil şəbəkəsi ölkənin 45 şəhər və rayonunun təhsil müəssisələrini əhatə edəcək. Qeyd etmək lazımdır ki, 2007-ci ildə genişzolaqlı interneti olan məktəblər ümumi sayın 3%-ni, 2008-ci ildə 4%-ni, 2009-cu ildə 11%-ni əhatə edib.

İndi təhsil müəssisələrində ilkin hazırlıq işləri aparılır. Bura bütün kompüter və proqram təminatının standartlaşdırılması aiddir. Daha sonra məktəblərdə bütün kompüter siniflərini, direktorun otağını, müəllimlər otağını və kitabxananı birləşdirən lokal şəbəkə quraşdırılır. Bundan sonra isə məktəbin Azərbaycan təhsil şəbəkəsinə qoşulması təmin edilir. Bütün texniki işlər AzEduNet tərəfindən həyata keçirilir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə