“Google” 1,8 mlrd. dollarlıq yeni ofisi

24-12-2010 / 09:16

“Google” korporasiyası Manhettendəki (ABŞ) nəhəng ofis binalarından birinə sahib olub.

Bu barədə obyektin satıcılarından biri olan “Taconic Investment Partners” şirkəti açıqlama yayıb.

Binanın digər satıcıları isə “Jamestown Properties” və “New York State Common Retirement Fund” şirkətləridir.

Alqı-satqının dəyəri 1,8 mlrd. dollar həcmində qiymətləndirilir. Bu, cari ildə ABŞ-ın ofis bazarında ən böyük sövdələşmələrdən biridir. 1932-ci ildə tikilən bina elit Çelsi rayonunda yerləşir və əvvəllər sənaye anbarı kimi istifadə olunub. 18 mərtəbəli evin sahəsi 273 min kv. m-dir. Hazırda binanın 98,7%-i icarədədir. “Google” binanı almamışdan əvvəl burada 51,1 min kv. m sahəni icarəyə götürüb.

Qeyd edək ki, qərargahı Mauntin-Vyu şəhərində yerləşən “Google” korporasiyası dünyanın ən məşhur internet axtarış sisteminə sahibdir. Bu sistem ayda 41 mlrd. 345 mln. sorğunu emal edir. 1998-ci ildə Stenford Universitetinin tələbələri Larri Peyc və Sergey Brin tərəfindən yaradılan şirkətin 20,5 min əməkdaşı var.///APA


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə