İnternet Explorer 9 istifadəçilərin izlənilməsinə yol verməyəcək

04-03-2011 / 22:01

“Microsoft” korporasiyası İnternet Explorer brauzerinin 9-cu versiyasında yeni təhlükəsizlik sistemini tətbiq edib. Söhbət İnternet istifadəçilərini izləmələrdən qoruyan, həmçinin şəbəkədə işləyərkən konfidensiallığı təmin edən “Tracking Protection” (“İzləmədən mühafizə”) texnologiyasının tətbiqindən gedir. 

Texnologiya istifadəçilərin maraq dairəsində olan və həmçinin üstünlük verdikləri informasiyanın kənar şirkətlərə, xüsusən də İnternet-reklamçılara əlyetərli olmasını məhdudlaşdırmağa imkan verəcək. Tracking Protection-un işi istifadəçilər tərəfindən onlar haqda məlumatları toplayan saytların siyahısının tərtibindən asılı olacaq. Belə ki, siyahıya istifadəçilərin informasiya ilə bölüşmək istəmədikləri saytların ünvanları daxil ediləcək. 
www.microsoft.com saytının məlumatına görə, siyahıların yenilənməsinə fərdi məlumatların mühafizəsi və reklamla mübarizə təşkilatları nəzarət edəcək. 

Qeyd edək ki, alətin tətbiqi bunun biznesə ziyan vuracağından ehtiyatlanan bəzi reklam şəbəkələrinin böyük etirazına səbəb olmuşdur. // ikt.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə