Etiraz mənası ifadə edən sözlər işlədəndə telefonlar kəsilir

24-03-2011 / 22:32

Senzura sistemini genişləndirən Çin rəhbərliyi, minlərlə veb saytı qadağan edib. Hökümətin son hədəfi isə telefon danışıqlarında etiraz mənalı söz işlədənlərdir.

Xeberler.az-ın məlumatına görə, Çində bir sıra internet resursları da senzuradan yan keçməyib. Bir neçə həftədir gmail.com hesabına daxil olmaq qadağan edilib. İstifadəçilər, vəziyyəti “Google” rəhbərliyinə bildiriblər. “Google” səlahiyyətliləri  “Gmail”-lə bağlı nasazlıqların onların serverlərilə əlaqədar olmadığını və hökümət tərəfindən qadağan edildiyini açıqlayıblar.

Çin rəsmiləri “Gmail”-in qadağan edilməsi iddiaları ilə bağlı heç bir fikir bildirməyiblər.

Qeyd edək ki, baş verən hadisələrlə bağlı Çindəki internet saytlarının səhmlərində ciddi şəkildə artım nəzərə çarpıb.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə