“İnternet televiziyaların lisenziyalaşdırılması, bu fəaliyyətin standartlarının müəyyən olunması tək Azərbaycanın deyil, dünyanın müxtəlif ölkələrinin müzakirə etdiyi məsələlərdən biridir. Sözün düzü, hazırda biz bu məsələdə tələsmirik”.
Xeberler.az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Prezident Administrasiyası İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib.
O, internet televiziyalarla bağlı Avropa Şurasına daxil olan ölkələr tərəfindən hansı addımların atılacağını gözlədiklərini bildirib: “Bizdən qabaq internet televiziya təcrübəsi olan, çoxlu internet televiziyası fəaliyyət göstərən Avropa dövlətləri bu məsələlərlə bağlı müzakirələr açıb.
Azərbaycan nümayəndə heyətləri də bu və digər ölkələrdə keçirilən bu cür müzakirələrdə iştirak edir. Görək necə olacaq. Hər halda, bu, bir fəaliyyət növüdür və kifayət qədər seyrçi yığa bilib. Ona görə də bu fəaliyyətin əsas prinsip və normalarının müəyyən olunması, gələcəkdə bu fəaliyyətin digər KİV sırasında yerinin müəyyən edilməsi məsələsi transmilli mahiyyət kəsb edir”.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri