DÜNYA TƏCRÜBƏSI ƏSASINDA UĞURLU “E-HÖKUMƏT” SISTEMININ TƏTBIQININ ƏSAS INKIŞAF MƏRHƏLƏLƏRI NECƏ OLMALIDIR?

29-08-2013 / 01:33

Dünya təcrübəsi əsasında Uğurlu “e-hökumət” sisteminin tətbiqinin əsas inkişaf mərhələləri necə olmalıdır?

Qloballaşma prosesində , İnformasiya texnologiyalarının sürətlə inkişaf etdiyi bir zamanda, bir sıra ictimai həyat təcrübələri elektron və rəqəmsal mühitlə əvəz olunmuşdur.Bunun əsasında inkişaf edən informasiya texnologiyaları sahələri cəmiyyətə e-poçt, e-Ticarət, e-Demokratiya, e-İdarəetmə və e-hökumət kimi anlayış və faktları özü ilə bərabər meydana gətirmisdir.İnformasiya və texnologiyalarının inkişafı sayəsində yaranan ictimai idarəetmə mexanizmasını bu gün “Elektron hökumət “ yada “E-hökumət” kimi ifadə edirik. E-hökumət , -vətəndaş və e-hökumət arasında olan əlaqələrin qarşılıqlı xidmət anlayışına söykənərək həyata keçirilən bir texnoloji prosesdir. Bu məqalədə əsas “e-hökumət” anlamının tam dərk edilməsi üçün E-Dünyanın bu sahədə tətbiqi nümunələrinə əsaslanaraq gerçək mənada bir “e-hökumət”in həyata keçirilməsində prioritetlərin lazım olduğunu anlaşıqlı şəkildə öyrənə biləcəyik.

E-hökumətin məqsədləri

Ümumilikdə götürsək e-hökumət 3 məqsəd əsasında formalaşır: Bunlar,ictimai xidmətlərdən geniş və rahat istifadə olunması ,istehsal və idarəçilik prosesində vətəndaşların istəklərinin daha yüksək səviyyədə dəyərləndirilməsi, vətəndaşlara yüksək xidmətin göstərilməsinin təmini - dövlət qurumlarının daha rasional və məsuliyyətli çalışmalarına şərait yaratmasıdır. E-hökumətin mövcud məqsədləri sırasına zaman keçdikcə digərləri də əlavə olunacaq.Çünki “e-hökumət “ davamlı olaraq inkişaf etməkdədir. Dediklərimizi ümumiləşdirib, E-hökumətin əsas məqsədlərini qısa başlıqlar altında aşağıdakı kimi qeyd etmək olar :

  • Dövlətin şəffaflaşması,
  • Dövlətin sürətli və yüksək səviyyədə inkişafının təmin edilməsi,
  • Vətəndaşa lazim olan hər məsələdə rəhbərliklə görüşünün təmin edilməsi,
  • Təşkilatlararası informasiya mübadiləsi nəticəsində, ictimai xidmətlərdə inkişaf siyasətinin üst-üstə düşməməsi və təkrarlanmağın qarşısını almaq,
  • Vətəndaşlara xidmətləri təqdim olunan sektorların iş rejimlərini asanlaşdırmaq ,
  • Qərarverənlərin dəqiq məlumata söykənərək qərar vermə vaxtının sürətləndirilməsinin təmini.

Bununla da idarəetmə sistemində yaranan şəffaflıq,bürokratiyanın azalması, xidmət səviyyəsində yüksəlmə yaranarsa e-hökumətin inkişafında əvəzedilməz inkişaf meydana çıxarar. Bəs e-hökumətin bürokratiya üzərində nə kimi təsiri vardır?

E-Hökumətin strukturu

E-hökumət

E-Vətəndaş E-Şirkət E-Qurum

E-işçi E-məmur


E-hökumətin strukturuna nəzər saldıqda, elektron mühitində yaranan qarşılaşmaları bu cür sıralamaq olar:

1-Dövlət və vətəndaşın qarşılıqlı əlaqəsi (goverment-to Citizen: G2C)

2-Dövlət və Təşkilatın qarşılıqlı əlaqəsi (goverment-to Business: G2B)

3-Dövlət qurumları arasında qarşılıqlı əlaqələri (goverment-to goverment: G2G)

4-Dövlət və işçilərin qarşılıqlı əlaqələri (goverment-to Employee: G2E).

Dövlətin təməlini təşkil edən əsas ünsürlər, vətəndaş və təşkilatlar -(özəl ya ictimai ) e-dövlət, e-vətəndaş, e-şirkət və e-qurum formasında özünü göstərməkdədir. Ancaq e-hökuməti həyata keçirərkən, əsas məsələ bu faktorları tam reallışdırılmaması e-hökumət meydana gəlməsinə mənfi təsir göstərər. Hər bir factor özlüyündə "e" faktına uyğunlaşmağa çalışacaq, bir-birindən təsirlənərək inkişaf edəcək və zamanla e-hökumət tam sistemləşdirilmiş şəkildə meydana gələcək.

E-hökumətin inkişaf mərhələləri necə olmalıdır?

Dünya təcrübəsinə əsaslanaraq ,E-hökumətin həyata keçirilməsində inkişaf mərhələlərini aşağıdakı kimi qruplaşdırmaq olar:

1.İnternetin informasiya üçün istifadəsini təmin etmək,

1.1.Online olaraq xidmətlərin vətəndaşlara təklif edilməsi,

1.2.Web –Saytların bir araya gəlməsi.(Yəni, ictimai təşkilatların ayrı-ayrı saytlarını ,vətəndaşların ehtiyaclarını ödəyəcək xidmətlərin tək bir saytda formalaşması gərəkir.)

2. E-hökumətin əsas məqsədləri

2.1.– Maliyyə vəsaitlərinə qənaət edilməsi,

2.2.–Kargüzarlıq işlərinin nəzarətə alınması,

2.3.–Şəffaflıq

2.4.Göstərilən xidmətin keyfiyyəti

2.5. Vətəndaşlara “7 Gün -24 Saat”(7/24) davamlı olaraq xidmətin göstərilməsi,

2.6. Asan,sürətli və rahat çatdırılma imkanı

3. E-hökumətin istifadə sahələri

Elektron olaraq təqdim edilən dövlət xidmətlərinə nəzər saldıqda , e-hökumətin istifadə sahələrini 3 hissəyə bölmək olar:

İstifadə sahələri

İnformasiya xidmətləri

Ünsiyyət xidmətləri

On-line Xidmətlər

1.Gündəlik

Həyat

• İş həyatı

• Mülk

• Təhsil

• Səhiyyə

• Mədəniyyət

• Nəqliyyat və.s

• Gündəlik həyatda lazım olan mövzularla bağlı konsultasiya

• İş ya da mülk haqqında

elanlar•

E-poctla əlaqə

• Bilet sifarişi

• Müxtəlif proqramlara qeydiyyat

2.Uzaqdan İdarəetmə

• Ictimai xidmət rəhbəri

• İnzibati proseslər üçün bələdçi

• Lazımi qeydlər və verilənlər bazası

• İctimai xidmət nəzarətçiləri ilə e-poçtla əlaqə

•Formaların elektron şəkildə doldurulması

3.Siyası baxımdan

• Qanun tənzimləmələri

• Siyasi programlar

• Keçirilən görüşlərin sənədləri

•Siyasi mövzularla bağlı müzakirələr

- Politoloqlarla e-poçt əlaqəsi

•Referendum

• Seçkilər

• Anketlər

C ə dv ə l 1 : E - H ö kum ə t xidm ə tl ə rind ə n istifad ə olunan sah ə l ə r

Cədvəldə verilən bütün məlumatlar, dövlət qurumlarının,təşkilatların vətəndaşa birtərəfli istiqamətdə yönəlmiş informasiya çatdırılma xidmətini əks etdirir.

4. E-hökumətin faydaları və həyata keçirilmə modelləri

4.1. E-hökumətin iqtisadiyyatın inkişafına faydası

E-hökumətin həyata keçirilməsi sayəsində dövlət öz funksiyalarını kiçildərək davam etdirməsi ,yəni xərclərə qənaət etməsi böyük qazanclar əldə etməsinə kömək edəcəkdir. Bununla da dövlətə güvənin artması nəticəsində vergi toplamaq asanlaşacaq,iqtisadiyyatı tam nəzarətinə almağa yardımçı olacaqdır.

4.2. Dövlətin vətəndaşa təqdim etdiyi xidmətllərin yüksək səviyyəyə çatdırılması

4.3. Dövlətin Təsirini daha da artırmaq

E-hökumət - dövlətin iş modelllərində olduğu kimi,məkan və maliyyə hesablarını optimal bir şəkildə birləşdirərək dövlətin fəaliyyətini daha da artırmaqdır.E-hökumət vasitəsilə dövlətin daxili və xaricdən gələn məlumatların nizamlı olaraq çatdırılması, hər səviyyədə rəhbərliklə əlaqə yaradılmasını təmin etdirməsi cəmiyyətin demokratikləşməsində önəmli rol oynadığını görə bilərik.

Aşağıdakı cədvəldə e-hökumətin vətəndaş və məmurlar üçün faydalarını qısa belə xülasə edə bilərik:

Cədvəl 2 : E-Hökumətin faydaları

Vətəndaş üçün

Məmurlar üçün

Self Servis : Öz-özünü məlumatla təmin etmək

Self Servis : İşdənkənar vəzifələrin və ünsiyyətin azalması

Sürətlə çatdırılma: Məlumatı əldə etmək və rahat istifadə

Yüksək səviyyəli keçid :Klassik üsullarla məlumatın təmin edilməsinin azalması

Dərhal xidmət: Proseslərin sürətli həlli

sonuç

Dərhal xidmət : Gecikmələrin azalması

Xoş niyyətin artması :Vətəndaş dövlətə qarşı daha pozitiv olacaq

Vətəndaş məmnuniyyətinin artması: Daha yüksək xidmətin təşkil olunmasının nəticəsi

Məkan və zaman sərbəstliyi: İstənilən yerdə ,zamandan asılı olmayaraq məlumatı əldə edə bilmək imkanı

Daxili idarəetmədə irəlləyiş : İşin təşkili formalarında dəyişikliklər

5. E-hökumətin fəaliyyətini göstərən faktorlar :

5.1. Ölkənin telekommunikasiya infrastrukturu

Bir ölkədə rəqəmsal şəbəkələr olmadan e-hökuməti həyata keçirmək mümkün deyildir.

5.2. Hüquqi tənzimləmə

5.3. Maliyyə qaynaqları

5.4. Qurumların informasiya texnologiyalar ilə əlaqəsi

6 .E-hökumətin infrastruktur tələbləri:

E-hökumət ənənəvi dövlətin idarəolunmasında gətirdiyi üstünlükləri ilə yanaşı e-hökumətə keçid prosesində bəzi infrastruktur cəhətdən yaranan əksikliklər nəticəsində ötəri olsa da mənfi problemlər yaradır.

6. 1. İnformasiya təhlükəsizliyinin təmini

E-hökumətin həyata keçirilməsində informasiya təhlükəsizliyinin təmini ən önəmli faktorlardan biridir.

  • Elektron İmza

E-hökumətin həyata keçirilməsində ən vacib amillərdən biridir.Elektron imza bir növ E-notariusun dəstəyi ilə təsdiqlənir.

  • Rəqəmsal İmza

Elektron imzanın bir növü kimi qəbul edilir,(açıq,qapalı açar şəklində) elektron mühitdə hər hansısa ötürülən informasiyaya vurulan bir möhürdür. Rəqəmsal imza təsdiqləmək üçündür, inkar etmək üçün nəzərdə tutulmayıb.

6. 2. Qanunvericili k

  • “Təsdiqləyici” şura

Elektron mühitdə göndərən və alıcıların kimliklərini müəyyən etmək üçün “rəqəmsal sertifikat” təşkil olunmalıdır.Bu sertifikatları da təşkil edən təşkilat “Təsdiqləyici Şura “ adı altında fəaliyyət göstərir.

  • E-Notarius

E-Notarius , e-hökumətin həyata keçirilməsində təməl dayağıdır desək yanılmarıq.Belə ki, e-hökumətdə “Təsdiqləyici Şura”larla yanaşı,e-notarius ənənəvi notarius sisteminə uyğun şəkildə sənədləri təsdiqləyən və fəaliyyəti müddətində etibar qazanan qurumdur.

  • Rəqəmsal Vətəndaş kartı

Bu karta vətəndaşın şəxsi ,vergi məlumatları və elektron imzası daxildir.

7. E-Hökumətə keçərkən atılmalı olan ilk addımlar:

7.1. Hüquqi İnfrastruktur

Bu bölümdə əvvəlcə elektron imza və digər elektron sənədlər üçün hüquqi cəhətdən etibarlı sayıla biləcək qanun tənzimləmələrin həyata keçirilməsi lazımdır.

7 .2. Texnoloji İnfrastruktur

Onlayn xidmətlərin tətbiqinə başlanmamışdan qabaq , texnoloji infrastrukturun hazırlanmasını təmin etmək və sürətlə tətbiq planı hazırlanmalıdır.

7 .3. Kadr

Nəzərdə tutulan sistemlərə alışması üçün lazımi kadrları təhsillə təmin etmək və dəyişiləcək idarəetmə sistemi reallaşdırılmalıdır.

7 .4. E-hökumətin maliyyə sistemi

E-hökumət çox ciddi maliyyə qaynaqlarının investisiyaya yatırılmasını tələb etdiyi üçün klassik büdcənin təşkilati üsullarından əlavə yeni modellər işlənilib hazırlanmalıdır.

7.5 Xidmət Mexanizmini yaratmaq

Xidmət mexanizmini yaratmaq, sistem komponentlərinin bir yerdə işləmə prinsiplərini müəyyən etməyi tələb edir.İnformasiyanı əldə etmək,saxlamaq və yaymaq prinsipləri yaradılan xidmət mexanizması tərəfindən təyin olunur.

7 .6 Təhlükəsizlik və məxfilik

Bir çox səbəblərlə əlaqəli olaraq, e-hökumət xidmətlərinin istifadəçiləri informasiyanı etibarlı bir mühitdə saxladıqlarından və gizlilik prinsiplərinin tətbiq olunduğundan əmin olmalıdırlar.

Hal-hazırda Azərbaycan mövcud vəziyyətlə əlaqədar olaraq e-hökumətin yüksək səviyyədə həyata keçiriləməsində ciddi addımlar atmamış,sadəcə gələcəkdə təşkilati cəhətdən yardımçı ola biləcək bir sıra işlər görmüşdür. Sağlam təməlli və etibarlı bir dövləti yaratmaq üçün açıq-sistem məntiqi və davamlı olaraq inkişaf edən sistemin arxitekturası yaranmalıdır.Azərbaycan bu gün bu sahədə sahib olduğu potensialına görə əsas inkişaf xəttinə yaxın bir nöqtədədir. Buna görə, “E-Azərbaycan” yolunda ölkəmiz dövlət,ictimai qurumları,ticarət təşkilatları ilə vətəndaşlar arasındakı informasiya,xidmət, və ticarəti informasiya texnologiyalarından istifadə edərək, proseslərin sürətli və keyfiyyətinin artmasını hədəfləyən e-hökumət modeli tətbiq etməli,e-hökumətin inkişaf istiqamətlərini hazırlayaraq həyata keçirməlidir.Təhsil,İqtisadiyyat və digər lazımlı sahələr “e” olmalı,dövlət vətəndaşa nəzarət edə bilməli, vətəndaş isə rahat olmalıdır.

Ədəbiyyat:

1.E-Government: ARTHUR ANDERSEN

2. Institute of Public Administration (Ireland)

3.Digital Denmark : www.detdigitaledenmark.dk/english.htnl

4.www.servicearizona.com

5. www.dllr.state.md.us

6. E-Europe 2002 , Action Plan , Brussels, 19-20 june 2000, EU

7. Information Society e-europe;

Mahir Tofiq oglu Dadaşov,
Fizika-riyaziyyat üzrə fəlsəfə doktoru


ŞƏRHLƏR


OXŞAR XƏBƏRLƏR







sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə