Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 05 – 08 noyabrda Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Kitabxana saytlarının inkişafı və modernləşdirilməsi” mövzusunda treninqlər keçiriləcək.
C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının baş kitabxanaçısı, “Azlibnet”in məsul katibi Günay Həsənova bildirib ki, treninqdə Samux, Qusar, Siyəzən, Göygöl, Göyçay, Yardımlı, Bərdə, Yevlax, Şuşa, Zəngilan və digər rayon kitabxana əməkdaşları iştirak edəcəklər.
Onun sözlərinə görə, 6 oktyabr 2008-ci il tarixdən “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə təsdiq edilmiş Dövlət Proqramı”nın Tədbirlər Planına əsasən, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasında mütəmadi olaraq treninqlər keçirilib. Növbəti treninqlər də bu silsilədəndir.(ictnews.az)
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri