Pentaqon BlackBerry-dən imtina edəcək

15-11-2013 / 12:21
Sərəncamında 470 mindən çox BlackBerry smartfon modeli olan ABŞ Müdafiə Nazirliyi gələcəkdə bu qurğulardan istifadə etməməyi planlaşdırır.
 
Xəbərlər-in verdiyi məlumata görə, Kanada şirkətində yaranan böhranlı vəziyyətlə əlaqədar olaraq Pentaqon Apple iPhone, iPad, eləcə də Samsung şirkətinin Galaxy smartfon və planşet kompüterləri kimi qurğuların şəxsi əlavələr mağazasını və mühafizə sistemini inkişaf etdirməyi düşünür.
 
Əvvəllər ABŞ Müdafiə Nazirliyi əməkdaşlarına Android əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğulardan, iPhone smartfon modelindən və ya istənilən digər qurğulardan istifadəyə icazə verməyib. Onların yalnız BlackBerry 10 əməliyyat sistemli aparatlardan və istehlak bazarında uğursuzluq qazanan Playbook planşetlərindən istifadə etmək hüququ olub.
 
Son iki ay ərzində Apple şirkətinin üzləşdiyi böhran fonunda Pentaqon baxışını dəyişib. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, ayrı-ayrı şirkətlərin istehsalı olan müxtəlif qurğulardan istifadəni nəzərdə tutan yeni yanaşma tərzi fəaliyyətimizə bir tədarükçünün təsirini minimuma endirir.  
 
Beş il əvvəl ABŞ və Avropada böyük tələbatın olduğu BlackBerry qurğuları bazarda iPhone və Android sistemli smartfonlar tərəfindən tam sıxışdırılıb. Qurğunun yüksək təhlükəsizlik səviyyəsinə önəm verən korporativ müştərilər və dövlət qulluqçuları hələ də ondan istifadə etməyi üstün tuturlar. Lakin Pentaqon BlackBerry-dən istifadədən imtina etdiyini faktiki olaraq bəyan edib və nazirlikdən sonra digər təşkilatlar da bu addımı ata bilər.
 
Xeberler.az

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə