Azərbaycan Gənclərinin I İKT Forumu başa çatdı

26-11-2013 / 09:56
"Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin 23-24 noyabr 2013-cü il tarixində Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə həyata keçirdiyi Azərbaycan Gənclərinin I İnformasiya Kommunikasiya Texnologiyaları Forumu öz işini uğurla başa çatdırıb.
Layihə informasiya resurslarında effektiv fəaliyyət, İKT sahəsində yeni ideyaların və ən yeni təlim modulları ilə təlimlərin aparılması, komandada iş bacarığı, gənclərin fəaliyyəti istiqamətlərini özündə birləşdirib. Tədbirdə Gəncənin 2016-cı ildə Avropa Gənclər paytaxtı seçilməsinin şəhər üçün çox əhəmiyyətli olduğu vurğulanıb.
 Forum 100-ə yaxın gənci informasiya texnologiyalarından faydalı istifadənin yollarını aşılamaqla regiondan olan gənclərin bu sahədə olan problemlərinin qismən aradan qaldırılmasına kömək edib.
Azərbaycanda Gənclərin I İKT Forumunun təməlini qoymaqla hər  il keçirilməsini ənənə halına salmaq layihənin əsas məqsədlərindən biridir və gələcəkdə II və III İKT forumlarının keçirilməsi nəzərdə tutulub. 
Forumda Gəncə Şəhər İcra Hakimiyyəti,  Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun nümayəndələri, Qeyri Hökumət Təşkilatlarından ekspertlər, İKT ilə bağlı bir sıra şirkət rəhbərləri iştirak ediblər. Layihədə yerli mütəxəssislərlə yanaşı əcnəbi ekspertlərin də təcrübəsindən istifadə edilib. Almaniyadan dəvət olunan mütəxəssislər azərbaycanlı gənclərlə İKT biliklərini bölüşüblər.
Ülkər Eldarqızı

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə