Tibb Universitetində yeni cihaz quraşdırılıb

14-10-2014 / 14:38

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris-Terapevtik Klinikasında Tromobsit toplamağa imkan verən yeni cihaz quraşdırılıb. Məlumatı Xeberler.az saytına ATU-nun mətbuat xidmətindən verilib.

Məlumatda bildirilir ki, bir neçə ay öncə ATU-nun Tədris-Terapevtik Klinikasında universitetin rektoru, akademik Əhliman Əmiraslanovun təşəbbüsü ilə hematologiya şöbəsi fəaliyyətə başlayıb.

Tədris-Terapevtik Klinikanın hematologiya şöbəsinin həkimi Valeh Hüseynovun dediyinə görə, burada xəstələrə müasir avadanlıqların köməyi ilə daha dəqiq diaqnoz qoyulur, müalicə təyin edilir: “Artıq ATU-nun Tədris-Terapevtik Klinikasındakı hematologiya şöbəsində aferez bölməsi var. Buraya Klinikaya Belçikanın “Terima” şirkətinin müvafiq avadanlığı gətirilib. Qurğunun köməyi ilə Azərbaycanda ilk dəfə olaraq xəstələr üçün trombosit kütləsi toplanılacaq. Bu cihazın vasitəsilə gələcəkdə həm də periferik qandan kök hüceyrələrini toplayıb xəstələrə kök hüceyrə köçürə biləcəyik”.

Trombositləri toplamağa imkan verən belə cihaz regionda ilk olaraq  ATU-nun Tədris-Terapevtik Klinikasında quraşdırılıb.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə