Facebook sosial şəbəkəsinin səhmləri elektron hərracda 11 faiz ucuzlaşıb. Bu şirkətin 2015-ci ildə uzunmüddətli layihələrə yatırım etmək planlarını açıqladıqdan sonra baş verib.
Xeberler.az saytı bildirir ki,
Facebook-un maliyyə meneceri Deyv Veyner analitiklərə sosial şəbəkənin kapital
xərclərini 2015-ci ildə 55-75%-dək artırmağı planlaşdırdığını söyləyib. Bu
yatırımlar WhatsApp, İnstagram kimi xidmətlərə, Oculus VR virtual reallıq texnologiya
istehsalçısına, İnternet.org xeyriyyə təşəbbüsünə və gəlir gətirməyən digər
layihələrin inkişafına yönələcək.
Facebook-un baş direktoru Mark Suxerberq
yaxın üç ilə şəbəkənin hazırki istifadəçilər üçün nəzərdə tutulmuş servislərinin
təkmilləşəcəyinə, beş ilə isə Instagram, WhatApp və digər xidmətlərin müstəqil,
nəhəng şirkətlərə çevriləcəyinə ümid etdiyini vurğulayıb.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri