Mobil cihazların IMEI qeydiyyatı pullu oldu

03-11-2014 / 10:00

Mobil cihazların IMEI qeydiyyatı üçün vətəndaşlar noyabrın 1-dən pul ödəməli olacaqlar.

Xeberler.az mincom.gov.az saytına istinadla bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 28 dekabr tarixli 212 nömrəli qərarı ilə təsdiq edilmiş “Mobil cihazların qeydiyyatının aparılması Qaydası”nın müvafiq bəndi nəzərə alınaraq,  2014-cü il noyabrın 1-dən şəxsi istifadə, satış və digər sahibkarlıq fəaliyyəti məqsədi ilə ölkəyə gətirilən mobil cihazların qeydiyyatı aşağıdakı qaydada ödənişli təşkil edilir:

Şəxsi istifadə məqsədi ilə ölkəyə gətirilən mobil cihazların hər bir IMEI nömrəsinin qeydiyyatı- 5 (beş) manat,

Satış və digər sahibkarlıq fəaliyyəti məqsədi ilə toplu halında ölkəyə gətirilən mobil cihazların IMEI nömrəsinin qeydiyyatı-0.20 manat.

Qeydiyyat prosedurunun operativliyinin təmin edilməsi üçün şəxsi istifadə məqsədi ilə ölkəyə gətirilən mobil cihazların qeydiyyatı www.e-gov.az və www.imei.az saytları vasitəsilə, eləcə də poçt şöbələrində aparılır. Qeydiyyat proseduru tam avtomatlaşdırılmış və 2 (iki) iş günündən 24 saat müddətinə endirilib.

Mobil cihazın qeydiyyatda olub-olmadığını mobil telefondan 15 rəqəmli IMEI nömrəsini yazaraq 1677-yə SMS göndərməklə, www.imei.az  saytı vasitəsi ilə və ya “1677” çağrı mərkəzinə zəng etməklə müəyyənləşdirmək mümkündür.

Mövcud qaydalara əsasən Azərbaycan Respublikası ərazisindəki mobil cihaz satış məntəqələrində əhaliyə təklif olunan  mobil cihazların IMEI nömrələrinin qeydiyyatını həmin cihazları satan hüquqi və fiziki şəxslər həyata keçirilməlidir. 

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə