Dilmanc-ın çağrı mərkəzi Dohada nümayiş etdirilib

09-12-2014 / 12:01

Qətərin paytaxtı Doha şəhərində keçirilən “ITU Telecom World 2014” beynəlxalq sərgisində Azərbaycanı təmsil edən Dilmanc ən yeni proqram təminatını – “Dilmanc” çağrı mərkəzini (Dilmanc call centre) nümayiş etdirir.
 
Dilmanc qrupundan Xeberler.az-a verilən məlumata görə, bu sistem Azərbaycanda insan nitqini başa düşərək ona adekvat cavab verən ilk belə sistemdir. Onun tətbiq edilməsi mövcud çağrı mərkəzlərinin məsrəflərini 10 dəfə azaltmağa imkan verir.
 
Bundan başqa, layihə çərçivəsində hazırlanmış digər sistemlər - nitqin-nitqə tərcüməsi, elektron lüğətlər, maşın tərcüməsi və s. nümayiş etdirilən məhsullar sırasındadır.

Sərgidə ən çox diqqət çəkən məhsullardan biri də görmə qüsurlu insanlar üçün Dilmanc mini kompüteridir. 

Dilmancın bu layihəsi Qətər Əmirliyinin informasiya və kommunikasiya nazirinə təqdim edilib və geniş maraq doğurub.

Bu layihə ilə Qətər dövlətinin maliyyələşdirdiyi, sağlamlıq imkanları məhdud olanlara kömək məqsədilə fəaliyyət göstərən Mada layihəsi ilə əməkdaşlıq məsələsii müzakirə edilib.

Dilmancın bu kompüterinin ərəb versiyasının hazırlanması imkanları nəzərdə tutulub.

Mirvari Nəcəf


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə