Nazirlər Kabineti Milli Nüvə Tədqiqatları Mərkəzinə yer vermədi

15-12-2014 / 15:33

Nazirlər Kabineti Rabitə və Yüksək Texnologiyalar nazirliyinin tabeliyində Milli Nüvə Tədqiqatları Mərkəzi" Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunu təsdiq etsə də, quruma heç bir yer ayırmayıb.

Məsələylə bağlı Xeberler.az-a açıqlama verən Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib ki, Nazirlər Kabineti  bu tip nizamnamələri təsdiq edəndə, ünvan yerinin qeyd olunması mütləq idi: “Amma, Nazirlər Kabinetinin təsdiq olunmuş nizamnaməsində heç bir ünvan yeri qeyd olunmayıb. Əgər Rabitə və Yüksək Texnologiyalar Nazirliyi nizamnaməni hökumətə təqdim edibsə, deməli orada mütləq ünvan qeyd edilib. Əgər Əmlak məsələləri üzrə Dövlət komitəsi Milli Nüvə Tətqiqatları Mərkəzinə yer ayırsa da, Nazirlər Kabineti həmin ünvanı nədənsə təsdiqləməyib”. 

Milli Nüvə Tətqiqatları Mərkəzinin sədri Adil Qəribov AzVision.az-a açıqlamasında onlara yer verilmədiyini, yer verildikdən sonra vəzifəsinin icrasına başlayacağını bildirib.

Mirvari Nəcəf


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə