Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus və hazırda ləğvetmə prosesində olan “Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC-nin rəhbəri dəyişib.
Xeberler.az Report-a istinadən bildirir ki, quruma rəhbərlik müvəqqəti olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Strateji təhlil, innovasiya və rəqəmsallaşma şöbəsinin müdiri Ceyhun Hüseynzadəyə tapşırılıb.
C. Hüseynzadə bu vəzifədə adıçəkilən şöbənin keçmiş müdiri Anar Qasımovu əvəz edib.
Qeyd edək ki, Azərbaycanda rəqəmsallaşma, innovasiya, yüksək texnologiyalar və rabitə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Prezidentinin 11 oktyabr 2021-ci il tarixli Fərmanı ilə “Milli Nüvə Tədqiqatları Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin, İnnovasiyalar Agentliyi publik hüquqi şəxsin və Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzinin birləşmə formasında yenidən təşkili yolu ilə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi yaradılıb.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri