Prezidentin fərmanına əsasən, həm yerli həm də mərkəzi icra hakimiyyəti orqanlarının göstərdikləri xidmətlərin geniş siyahısı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə (ASAN) artıq təqdim edilib.
Məlumatı Xeberler.az-a ASAN xidmətin mətbuat xidmətinin rəhbəri Anar Hüseynov verib.
Onun sözlərinə görə, fərmanda nəzərdə tutulan xidmətlərin Elektron Reyestri ilə bağlı quruculuq işləri davam edir. “Qeyd edilən işlər tamamlandıqdan sonra Reyestrin təqdimatı və istifadəsi ilə bağlı informasiya dövlət orqanlarına və ictimaiyyətə veriləcək”, deyə Anar Hüseynov əlavə edib.
Azərbaycan Respublikası Prezidentinin 11 sentyabr 2014-cü il tarixli, 262 nömrəli Fərmanının 3-cü hissəsinə əsasən həm yerli həm də mərkəzi icra hakimiyyəti orqanlarının göstərdikləri xidmətlər barədə müvafiq məlumatları 1 ay müddətində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə təqdim etməsi və mütəmadi yeniləməsi istiqamətində tapşırıq nəzərdə tutulub.
Yaxın vaxtlarda yerli icra orqanlarının da elektron formaya keçirilməli olan xidmətlərinin siyahısı hökumət tərəfindən təsdiqlənəcək.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri