"WhatsApp" sosial şəbəkəsi kompüterdə istifadə etməyin bir neçə üsulu var. Onlardan ən son hazırlanıb tətbiq ediləni "WhatsRemote"-dir. Proqramı tətbiqetmə formasında kompüterinizə yükləyərək istifadə edə bilərsiniz. Daha sonra Google hesabınız vasitəsilə "WhatsApp"ınızı telefonda olduğu kimi istifadə edə bilərsiniz. Proqram vasitəsilə telefonda olduğu kimi kompüterdə də mesaj gəldikdə bildiriş gələcək.
Ancaq "WhatsRemote" proqramının bir sıra mənfi xüsusiyyətləri də var. Belə ki proqramın sol hissəsində istifadəçilərin ümumi siyahısı göstərilir. Amma kompüterdən istifadə olunan proqramda yeni söhbət yaratmaq mümkün deyil. Bunun üçün telefondakı tətbiqetmədən istifadə etmək lazımdır.
"WhatsRemote"-nin ödənişli olması da ondan istifadə edənlərin sayının azalmasına səbəb olur. "WhatsApp" şəbəkəsi ödənişsiz olsa da, "WhatsRemote" 6 aylıq istifadə üçün 1.5 dollar tələb edir.
Tətbiqetmənin digər mənfi cəhəti odur ki, sizə göndərilən mesajları oxusanız belə qarşı tərəf bunu bilməyəcək. Bunun üçün proqramın telefon versiyasında bütün mesajları "mark all read" etməyiniz tələb olunur. Həmçinin foto və video göndərərkən onları söhbətə daxil etməklə yox, yeni söhbət açaraq link vasitəsilə göndərmək lazımdır. (ölke.az)
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri