Azercell-in təşkil etdiyi 2 günlük təlimdə jurnalistlər Mobil Media sahəsində biliklərini artırdı
Fəaliyyətdə olduğu müddət ərzində media ilə daim dostluq və sıx əməkdaşlıq əlaqələri yaradan Azərbaycanın lider mobil operatoru Azercell Telekom MMC yanvarın 8-9-da media nümayəndələri üçün növbəti peşəkar təlim təşkil etdi.
Xeberler.az-ın məlumatına görə, çap və internet mediası, həmçinin elektron KİV nümayəndələrinin iştirak ilə keçən təlim Mobil Media sahəsində jurnalistlərin biliklərinin artırılmasına yönəlmişdi.
Təlimlərdə təlimçi qismində Böyük Britaniyadan dəvət olunmuş peşəkar jurnalist Den Meyson iştirak edirdi. Den Meyson rəqəmsal jurnalistika və sosial media sahəsində ixtisaslaşmış mütəxəssisdi. O, Azərbaycanla yanaşı, Gürcüstan, Qətər, İsrail, Misir, Çin, Abu Dabi, İordaniya, Kipr və Avropa ölkələrində təlimlər keçib. Den Meyson 25 il ərzində Böyük Britaniyada gündəlik qəzetlərdə, jurnallarda fəaliyyət göstərib.
Azercell-in təlim etdiyi bu dəfəki təlimdə Den Meyson iştirakçılara Google – axtarış sisteminin multimedia imkanları, sosial şəbəkələrlə iş, bloq sayt yaratmaq vərdişlərini izah edib. 2 gün ərzində iştirakçılar saytların işlənib hazırlanması veb-sayt və bloqa nəzarət, foto şəkillərin çəkilməsi və redaktə edilməsi və bir sıra yeni bilgilər əldə ediblər.
Təlimin sonunda Azercell tərəfindən jurnalistlərə sertifikat təqdim olunub.
İndiyə qədər jurnalistlər üçün Azercell tərəfindən çoxsaylı təlimlər keçirilib. Regional jurnalistlər üçün ilk təlim də Azercell tərəfindən təşkil olunub. Təlimlərlə yanaşı Azercell jurnalistlərin hərtərəfli inkişafı üçün müxtəllif layihələr həyata keçirir. Artıq 6 ildir ki, jurnalistlərin inkişafına kömək etmək məqsədilə onlar üçün ingilis dili kursları təşkil olunmaqdadır. Azercell yeganə mobil operatordur ki, sırf KİV işçiləri üçün xüsusi tarif planı - Mediacell tarifini hazırlayıb. Hazırda Azercell-in təklifləri sırasında Mediacell ən populyar paketlərdən biridir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri