Yüksək Texnologiyalar Parkı beynəlxalq təşkilata üzv olub

16-01-2015 / 11:16

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) tabeliyində yaradılan Yüksək Texnologiyalar Parkının bu günlərdə Elmi-Texnoloji Parklar və İnnovativ Ərazilər üzrə Beynəlxalq Təşkilata (The World Technopolis Assosiation- WTA) üzv qəbul olunması ilə əlaqədar təşkilatın prezidenti Kyon Sun Teykin imzası ilə üzvlük sertifikatı daxil olub.

Xeberler.az APA-a istinadən məlumat verir ki, Azərbaycanın Yüksək Texnologiyalar Parkı bu mötəbər təşkilatın müşahidəçi üzvü seçilib.

 Elmi-Texnoloji Parklar və İnnovativ Ərazilər üzrə Beynəlxalq Təşkilatı 1996-cı ildə yerli inkişaf ilə elm və texnologiyanın irəliləyişini əlaqələndirmək, elm şəhərcikləri arasında əməkdaşlıq və mübadilələr vasitəsilə paylaşılan inkişafa nail olmaq məqsədilə yaradılıb. Təşkilatın üzvləri əsasən yerli hökumətlərdən ibarətdir. Beynəlxalq təşkilat “WTA”-nın həm üzvü olan, həm də üzv olmayan digər elm şəhərciklərinin regional inkişafını təşviq etmək üçün bir çox proqramların planlaşdırılmasını həyata keçirir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə