Ötən il Azərbaycanda ölkə üzrə əhalinin hər 100 nəfərinə düşən telefon aparatlarının sayı 18,65 ədədə, hər 100 ailəyə düşən telefon aparatlarının sayı isə 69,01 ədədə, hər 100 nəfərə düşən mobil abunəçilərin sayı isə 110-a bərabər olub.
Xeberler.az APA-a istinadən məlumat verir ki, bunu bu gün Rabitə və Yüksək Texnologiyalar Nazirliyində keçirilən kollegiya iclasında nazir əli Abbasov bildirib.
Onun sözlərinə görə, 2014-cü il ərzində Azərbaycan 100 nəfərə düşən sabit telefon abunəçilərinin sayına görə ümumdünya orta göstəricisini 18%, mobil abunəçilərin sayına görə isə 15,2% üstələyib.
Nazir bildirib ki, 2013-cü illə müqayisədə beynəlxalq internet kanallarının tutumu 50 Gbit/s artırılaraq 300 Gb/s-ə çatdırılıb: “Bu, ölkədə əhalinin internet xidmətlərindən istifadəsinin artmasının göstəricisidir. Bildirim ki, hazırda ölkə əhalisinin 73%-i internet, 55%-i isə genişzolaqlı xidmət istifadəçidir. Hər iki göstərici üzrə Azərbaycan dünya orta göstəricisini təqribən 2 dəfə qabaqlayır”.
Əli Abbasov qeyd edib ki, 2014-cü il ərzində dünya ölkələrindən Azərbaycana daxil olan beynəlxalq giriş trafikinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 119 mln. dəqiqə azalaraq 399,7 mln. dəqiqə, çıxış trafikinin həcmi isə 30,0 mln. dəqiqə azalaraq 127,6 mln. dəqiqə təşkil edib.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri