“Azərbaycan əhalisinin yarısından çoxunun evində kompüter var”

06-05-2015 / 22:30

“Azərbaycan əhalisinin yarısından çoxunun evində kompüter var”

Xəbərlər-in məlumatına görə, bunu rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Yeni Azərbaycan Partiyasının (YAP) saytına müsahibəsində deyib.

Nazir bildirib ki, Azərbaycanın bütün ev təsərrüfatlarının 53,2%-nin kompüteri, 71,6%-nin isə internetə çıxışı mövcuddur. Nazirin sözlərinə görə, son 10 il ərzində sektorun həcmi təqribən 20-25% orta illik artım tempi ilə artaraq 2.0 milyard ABŞ dollarını ötüb.Bu müddətdə sektora 3.0 milyard ABŞ dolları investisiya qoyuluşu həyata keçirilib və bunun da 80%-ə yaxını yerli və xarici biznes strukturları tərəfindən yatırılıb. Ə.Abbasov bildirib ki, Azərbaycan İKT sahəsinin inkişafı üzrə əldə edilmiş bir çox nailiyyətlərə görə MDB məkanında liderlər sırasındadır:

"Məsələn, MDB ölkələri arasında ilk dəfə Azərbaycanda sabit telefon şəbəkəsi tam elektronlaşdırılmış, bütün yaşayış məntəqələri telefonlaşdırılmış və bölgə mərkəzləri magistral fiber-optik şəbəkə ilə birləşdirilmişdir. Ölkənin əhali yaşayan ərazisi tamlıqla çoxproqramlı radio və televiziya yayımı ilə əhatə edilmişdir. Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri arasında rəqəmli televiziya yayımı ilk dəfə Azərbaycanda tətbiq olunmağa başlanmış və hazırda bu yayım texnologiyası əhalinin 99%-nin yaşadığı əraziləri əhatə edir".

Nazir qeyd edib ki, ölkədə ən qabaqcıl texnologiyalar tətbiq edilir, onların sırasında sabit şəbəkədə "Yeni nəsil” (NGN), mobil rabitədə 3 və 4-cü nəsil (3G, 4G) texnologiyalarını qeyd edilməlidir: "İnternetə bütün müasir vasitəsilə çıxış imkanları yaradılıb. İndi əhalinin 75%-i internet, 62%-i isə genişzolaqlı internet istifadəçisidir, hər 100 nəfərə düşən mobil telefonların sayı 112-ə çatıb. Ölkəmiz İnternet istifadəçilərinin və mobil abunəçilərin sayına görə dünya orta göstəricisini müvafiq olaraq 2 dəfə və 14,3% qabaqlayır".

Xeberler.az

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə