“Təhsil Nazirliyinin əlində qiymətli informasiya var”.
Xeberler.az bildirir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti, “Multimedia” İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz deyib:
“Bu informasiya hazırda kifayət qədər ciddi ictimai əhəmiyyət kəsb edir. Nazirlik yay tətili müddətində bütün ölkə üzrə şagirdlərin və müəllimlərin internetə əlçatanlığı və kompüter təminatı ilə bağlı faydalı bir monitorinq və sorğular təşkil edib.
Bunun nəticəsi olaraq nazirliyin əlində təhsil alanlarla bağlı internetə əlçatanlıq və texniki-texnoloji vəziyyətlə haqqında informasiya toplanıb. Təəssüf ki, nazirlik indiyədək bunu açıqlamayıb. İnformasiya əldə edilməsi haqqdında qanuna görə bu tip informasiyalar məcburən açıqlanmalıdır. Düşünürəm ki, real vəziyyəti əks etdirən bu informasiya distant təhsilin bütün ölkə boyu keyfiyyətli formada tətbiqindən şübhələnmək üçün ciddi əsaslar yarada biləcək. Görünür, Təhsil Nazirliyi bu baxımdan onu açıqlamaq istəmir.
Hazırda real vəziyyət elədir ki, hökumət bütün ölkə boyu distant təhsilin təşkilini Təhsil Nazirliyinin üzərinə atıb. Digər ölkələrdə olduğu kimi bu problemin həllində hələlik əlavə büdcə resursları, digər köməkliklər səfərbər olunmayıb. Əksinə, vətəndaşların alıcılıq qabiliyyətini zəiflədə biləcək gömrük limitinin endirilməsi ilə bağlı Nazirlər Kabinetinin 305 saylı qərarın da sentyabrın 20-dən güvvəyə minməsi nəzərdə tutulub. Müşahidələr göstərir ki, distant formada təhsilin təşkilində ciddi problemlər var, təhsilin bu forada təşkilində ölkə üzrə təhsil xidmətlərinə əlçatanlıq yetərincə təmin olunmayıb”.
Ekspert bildirir ki, əhalinin 50 faizinin yaşadığı kəndlərdə xeyli sayda təhsil alanlar və təhsil verənlər təhsil prosesinin iştirakçısı olmaqdan məhrumdurlar:
“Eyni zamanda internetin qiymətləri də distant təhsilin keyfiyyətli formada təşkili üçün əlavə maneçiliklər yaradır. Təhsil Nazirliyinin isə distant formada təhsilin təşkilini keyfiyyətli olaraq reallaşdırmaq imkanları yoxdur. Bir daha bildirmək istərdim ki, mövcud vəziyyət həqiqət ürəkaçan deyil. Düşünürəm ki, Nazirlər Kabineti təcili olaraq Təhsil Nazirliyini, Nəqliyyat, Rabitə Yüksək Texnologiyalar Nazirliyini və digər əlaqəli və maraqlı tərəfləri bir araya gətirərək mövcud böhranlı vəziyyətdən çıxış yolu aramalıdır”.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri