Yeni Apple noutbuklarında qrafika ilə bağlı iki səhv tapılıb. Hazırda şirkət həmin səhvlərin düzəldilməsi üzərində işləyir. Bu haqda AppleInsider xəbər verir.
Problemlərdən biri MacBook Pro istifadəçilərinin “ölümün qara ekranı” adlandırdığı (the black screen of death) səhvdir ki, oyun başladıqdan bir neçə dəqiqə sonra qara ekranın əmələ gəlir. O, meydana çıxdıqda sistem dayanır, səslənmə təkrar dövr etməyə başlayır.
“Ölümün qara ekranı” MacBook Pro noutbuklarında Mac OS və Windows əməliyyat sistemləri ilə işləyərkən meydana çıxır. Bu səhv əsasən Call of Duty 4, World of Warcraft, Ages of Empire III, Command and Conquer, Oblivion və Company of Heroes kimi oyunlarını oynayarkən yaranır.
Çox güman ki, “Ölümün qara ekranı”nın əmələ gəlmə səbəbi soyudulma sistemi, ya da drayverlə əlaqədardır.
Bundan əlavə, yeni nəsil MacBook və MacBook Pro ekranlarında dalğavari pozulmalar əmələ gəlir. Bu səhv Nvidia videokartları olan iMac kompüterlərində yaranıb. Intel və ATI qrafikası ilə işləyən Apple kompüterlərində isə belə hala rast gəlinməyib. Həmçinin Windows ilə işləyərkən də bu problem meydana çıxmayıb.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri