“Apple” münasib qiymətli “MacBook” təqdim edəcək

17-02-2026 / 07:32

“Apple” şirkəti mülkiyyətindəki “A18 Pro” mikroprosessoruna əsaslanan yeni “MacBook” noutbuku üzərində işləyir.

Xeberler.az “Bloomberg”ə istinadən məlumat verir ki, yeni məhsul mart ayında təqdim olunacaq və bir neçə unikal rəng seçimində əlçatan olacaq.

Son zamanlarda medianın diqqəti flaqman “M5 Pro” və “M5 Max” çipləri və OLED displeyləri ilə gələcək “MacBook Pro”lara yönəlib. Bununla belə, əlverişli “MacBook” da maraqlı yeni məhsuldur. Onun sistemi “Mac” üçün optimallaşdırılmış “Apple Silicon” prosessoruna deyil, flaqman “iPhone 16” modellərində istifadə edilən “A18 Pro” çipinə əsaslanacaq. Bu noutbuk performans baxımından “MacBook Air”dən daha zəif olsa da, onu tamamilə cəlbedici olmayan məhsul adlandırmaq olmaz.

Jurnalist Mark Qurman şirkətin yeni “MacBook” üçün qeyri-adi rəng seçimləri üzərində sınaqlar apardığını bildirib. O, “Apple”ın hansı rəngləri seçdiyini açıqlamayıb. Lakin məlumatda açıq sarı, açıq yaşıl, göy, çəhrayı, klassik gümüşü və tünd boz rəngləri sınaqdan keçirildiyi bildirilir.

Mənbənin məlumatına görə, cihazın pərakəndə satış qiyməti təxminən 699 dollar olacaq ki, bu da hazırda 999 dollara satılan “MacBook Air”dən xeyli aşağıdır.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə