Məlumat verdiyimiz kimi, Microsoft Imagine Cup dünyanın bir sıra ölkələrinin tələbələri arasında hər il keçirilən genişmiqyaslı innovasiya müsabiqəsidir. Bu müsabiqə Azərbaycanda ikinci dəfə təşkil olunur.
Artıq Microsoft Imagine Cup innovasiya müsabiqəsinin növbəti milli seçim turuna başlanıb.
Müsabiqə çərçivəsində tələbələrdən ibarət komandalar İnnovasiya, Dünya vətəndaşlığı və Oyunlar kateqoriyaları üzrə iştirak edə bilər. Müsabiqədə iştirak üçün Microsoft platforması üzərində innovativ proqram layihəsi, Microsoft texnologiyaları əsasında müasir dövrün problemlərini həll edən tətbiqin prototipini və ya istənilən Microsoft Windows platformaları üzərində orijinal oyun hazırlamaq lazımdır.
Ölkəmizdən bu müsabiqədə seçilən NoObs iyul ayının 27-31-də Sietlda (ABŞ) Microsoft Imagine Cup 2015 innovasiya müsabiqəsinin finalında iştirak edib. Microsoft Imagine Cup 2015 beynəlxalq innovasiya müsabiqəsində azərbaycanlılardan ibarət komanda “İnnovasiya” kateqoriyası üzrə ikinci yerə çıxıb və 10 min məbləğində pul mükafatı alıb.
Komandanın hazırladığı Spinal qurğusu onurğa sütununun vəziyyətinə nəzarət edən ötürücü dəstindən ibarətdir. İnsan onurğa sütununa mənfi təsir göstərən vəziyyətdə oturduqda Bluetooth modulu vasitəsi ilə Windows Phone əməliyyat sistemi üzərində işləyən smartfona siqnallar daxil olur.
Xeberler.az-ın məlumatına görə, Spinal qurğunun istehsal olunması ilə bağlı artıq fəaliyyətlərə başlanıb.
Microsoft Azərbaycan-dan Xeberler.az-a verilən məlumata görə, hazırda finalda iştirak edən Microsoft Ventures şirkəti ilə danışıqlara başlanıb və sənədləşdirmə işlə ilə bağlı fəaliyyət davam edir.
Məlumata görə, ilkin dövrdə 100 ədəd Spinal qurğusu hazırlanacaq.
Məhsulların istehsalı Azərbaycan və Avstriyada həyata keçirilə bilər.
Məltəm Talıbzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri