Məlumat verdiyimiz kimi, hazırda Budapeştdə (Macarıstan) Birləşmiş Millətlər Təşkilatının (BMT) informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində fəaliyyət göstərən xüsusiləşmiş təsisatı - Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) təşkilatçılığı ilə "ITU Telecom World 2015” sərgisi keçirilir.
Xeberler.az-ın məlumatına görə, hazırda sərgidə startap layihələrin "ITU Telecom World 2015 Award" müsabiqəsi keçirilir.
Ölkəmizi bu müsabiqədə Spinal layihəsi təmsil edir.
Ötən gün müsabiqənin münsiflər heyəti layihə komandası ilə görüşüb və komandamız bu gün müsabiqənin finalında iştirak etmək hüququ qazanıb.
Qeyd edək ki, müxtəlif ölkələrdən olan 17 startap arasından qalib layihə seçiləcək.
Bu gün layihələrin yekun təqdimatı olacaq və qalib layihə elan olunacaq. Hər layihəyə çıxış üçün 3 dəqiqə vaxt ayrılıb.
Bununla yanaşı, sərgidə digər iki yerli startapımız- BethClip və WeTarvel layihəsi də iştirakçılar tərəfindən seçilib və müsabiqədə iştirak edirlər.
Xatırladaq ki, Spinal layihəsi iyul ayının 27-31-də Sietlda (ABŞ) “Microsoft Imagine Cup 2015” “İnnovasiya” nominasiyası üzrə ikinci yerə çıxıb.
Spinal qurğusu onurğa sütunun vəziyyətinə nəzarət edən ötürücü dəstindən ibarətdir. İnsan onurğa sütununa mənfi təsir göstərən vəziyyətdə oturduqda Bluetooth modulu vasitəsi ilə Windows Phone əməliyyat sistemi üzərində işləyən smartfona siqnallar daxil olur.
Məltəm Talıbzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri