“Microsoft Imagine Cup” -da milli turun qalibləri açıqlanacaq

16-05-2016 / 10:38

Xəbər verdiyimiz kimi, dünyanın bir sıra ölkələrinin tələbələri arasında hər il keçirilən genişmiqyaslı innovasiya müsabiqəsi - "Microsoft Imagine Cup" elan olunmuşdu.

Müsabiqə ilə bağlı qeydiyyat dekabrın 25-nə qədər davam edib.

Bakıda İT fakültələri olan 11 universitet ilə görüşlər keçirilib. Bu universitetlərdən qəbul edilən layihələrdən 24 komanda  seçilərək müsabiqənin yerli finalına buraxılıb.

Qeyd edək ki, bu il ən çox səhiyyə sektoru ilə bağlı layihələr təqdim edilib.

Xeberler.az-ın məlumatına görə, sabah JW Marriott  oteldə  milli turun finalı keçiriləcək. Müsabiqənin qalibləri mükafatlandırılacaq.

Milli seçim turunun 3 nominasiya üzrə qalibləri ikinci turda -  onlayn rejimdə keçiriləcək beynəlxalq yarımfinalda iştirak etmək şansı əldə edəcəklər.

Qeyd edək ki, müsabiqə çərçivəsində tələbələrdən ibarət komandalar “İnnovasiya”, “Dünya vətəndaşlığı” və “Oyunlar” kateqoriyaları üzrə iştirak edə bilər.

İştirak üçün Microsoft platforması üzərində innovativ proqram layihəsi, Microsoft texnologiyaları əsasında müasir dövrün problemlərini həll edən tətbiqin prototipini və ya orijinal oyun hazırlamaq lazımdır.

Müsabiqə 16 yaşına çatmış tələbələr üçün təşkil olunur. Hər komandada eyni və ya müxtəlif universitetlərin 4-dək tələbəsi təmsil oluna bilər. Komandanın ən azı bir üzvü ingilis dilində sərbəst danışmağı bacarmalıdır.

Azərbaycanı təmsil edən komanda ötən "Microsoft Imagine Cup 2015" müsabiqəsində uğur qazanıb. ABŞ-ın Redmond şəhərində keçirilən müsabiqədə Bakı Dövlət Universitetinin və Xəzər Universitetinin tələbələri - Nizami İsmayılov, Arif Mövsümzadə, Fidan və Ülviyyə Rüstəmovalardan ibarət NoObs komandası İnnovasiyalar kateqoriyasında II yeri tutub.

Bu müsabiqədə ilk dəfə iştirak edən Azərbaycan komandasına “bluetooth-tənzimçilər” dəsti, həmçinin qaməti əymədən oturmaq və durmaq vərdişi yaradan, Windows Phone platformalı smartfonlar üçün proqram təminatı olan Spinal layihəsi uğur gətirib.

Məltəm Talıbzadə


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə