Ağıllı oyuncaqlar

22-06-2017 / 11:09

İspaniyalı alimlər uşağın emosiyalarını tanıya və ona müvafiq reaksiya verə bilən ağıllı oyuncaq hazırlayıblar.

Kastiliya – La Mança Universitetinin əməkdaşları tərəfindən yaradılmış oyuncaq ilk baxışda adi gəlinciyi xatırlatsa da, əslində bu, süni intellektə yaxınlaşdırılmış alqoritmlər, mürəkkəb proqram təminatı və bir çox sensorlarla təchiz edilmiş yüksəktexnologiyalı qurğudur.

Xeberler.az ict.az-a istinadən məlumat verir ki, oyuncaq onunla oynayan uşağın emosiyaları haqqında informasiyanı toplayaraq uşaqlara sosial mühitə uyğunlaşma dərəcəsini yüksəltməkdə kömək edir. Qurğunun qabaqcıl funksionallığını təmin edən unikal alqoritmlər oyuncaqla oynayan insanın əhval-ruhiyyəsini öncədən təxmin edə bilir.

Mütəxəssislər bildirirlər ki, yüksək potensiala malik olan bu kimi layihələrdə bəzi təhlükələr də gizlənir. Belə ki, kibercinayətkarlar oyuncağın topladığı məlumatları ələ keçirsələr, bundan bəd niyyətlər üçün istifadə edə bilərlər.

 Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə