Azərbaycan Blokçeyin Mərkəzi yaradılıb

09-04-2018 / 14:41

Azərbaycanda kriptovalyuta bazarı və blokçeyin texnologiyasının tədqiqi və inkişafı məsələləri ilə məşğul olan mərkəz - Azərbaycan Blockchain Mərkəzi yaradılıb yaradılıb.
Xeberler.az Trend.az-a istinadən məlumat verir ki, bunu Azərbaycan İnternet Forumunun (AİF) sədri Osman Gündüz deyib.

Onun sözlərinə görə, bir müddət öncə  mərkəzin yaradılmasında maraqlı olan tərəflərlə görüş keçirilib və onun gələcək fəaliyyətinin əsas istiqamətləri müəyyən edilib:

“Mərkəzin tədbirlər planına maarifləndirmə işlərinin keçirilməsi, kriptovalyuta bazarının və blockchain-in nizamlanması məsələsi üzrə təkliflərin hazırlanması, eləcə də bu sahədə konsaltinq xidmətlərinin göstərilməsi daxildir. Mərkəz üçün blockchain.az internet resursu qeydiyyata alınıb. Bu sayt yaxın bir həftə ərzində istifadəyə veriləcək.
Bundan başqa, bu sahədə məlumatların daha savadlı təqdim olunması üçün KİV nümayəndələri üçün kriptovalyuta və blockchain üzrə ödənişsiz treninqlərin keçirilməsi planlaşdırılır”.

Xeberler.az 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə