Azərbaycanda internet kəsilə bilərmi?

26-10-2017 / 15:50

Delta Telecom internetin keyfiyyətinin pisləşməsi ilə bağlı problemin 2-ci səviyyəli provayderlərdə olduğunu bildirib.

Şirkət ilk dəfə belə açıqlama verib.

Məsələ ilə bağlı Azərbaycan İnterent Forumunun prezidenti, Osman Gündüz Xeberler.az-a bildirib ki, bu da dəfələrlə vurğulanan “çəkidə aldatma” məsələsini yenidən gündəmə gətirib. 

Ekspert hesab edir ki, eyni zamanda şirkət əksər provayderlərin onlara borclu oduğunu da yenidən diqqətə çatdırıb:

“Ölkənin təxminən 70% internet təchizatını həyata keçirən qurum borclu provayderlərdən Qlobal Netvorks CNC və Data Plus-un internetini tamamilə kəsəcəyini də istisna etməyib. Dərhal qeyd etmək istərdim ki, biz dəfələrlə bildirmişik ki, istənilən halda qarşılıqlı problemlər səbəbindən Delta-nın hansısa borclu provayderin internetini kəsərək minlərlə internet istifadəçisini qlobal şəbəkədən ayırması yolverilməzdir”.

Onun sözlərinə görə, bu, vətəndaşların informasiya azadlıqlarının gerçəkləşməsi üçün, bütövlükdə ölkənin informasiya təhlükəsizliyi üçün çox ciddi nəticələr verə bilər:

“Bu, heç bir halda məqbul  hesab oluna bilməz. Əmin olmaq istərdim ki, Delta bunun məsuliyyətini bilməmiş deyil. Əvvəllər də bir neçə dəfə bu tip borclar və digər problemlər olub, lakin bu addımı atmağa ehtiyac qalmayıb və biz əminik olmaq istərdik ki, bu dəfə də Delta bu addımı atmayacaq. Amma eyni zamanda şirkətin düşdüyü vəziyyət də anlaşıqlıdır və biz dəfələrlə bununla bağlı açıqlamalar vermişik. Fikrimizcə, məhkəmə variantı ən məqbul variantdır və problem hüquqi müstəvidə həllini tapmalıdır. Eyni zamanda, fikrimizcə internetin keyifiyyəti ilə bağlı problemə Delta-nın gətirdiyi səbəb əslində nəticədir”.

Ekspert qeyd edib ki, NRYT Nazirliyi ilə birgə maraqlı tərəflərin iştirakı ilə müzakirələr aparılmalı, problemlərin köklü səbəbləri tapılmalıdır:

 İnternet bazarında normal tənzimləmə həyata keçirilməli,  dövlət resurslarından bütün provaydrelər üçün bərabər əsaslarla istifadə imkanları yaradılmalı və ilk növbədə pərakəndə internet bazarının 50%-nə nəzarət edən dövlət provayderləri ilə bağlı ciddi problemlər öz həllini tapmalıdır”.

Osman Gündüz onu da qeyd edib ki, NRYTN Strateji Yol Xəritəsində göstərilən 3-cü backbone provayderin internet bazarına daxil olandan sonra hər şeyin yaxşı olacağını gözləyir:

“Fikrimcə bu, doğru yanaşma deyil. Elə indidən internet bazarında rəqabətli mühit üçün ciddi səylər göstərilməlidir. Dövlət resurslarından istifadə imkanları və start vəziyyətlərinin qeyri bərabərliyi ilə bağlı provayderlər arasında ciddi problemlər var. Bu cür köklü problemlər həll olunmadan cidid keyfiyyət dəyişikliyinə nail olmaq çox çətindir”.

Forum prezidenti vurğulayıb ki, indiki halda internetin kəsilməsi doğru olmaz:

“Yeri gəlmişkən, məhkəməyə yerildiyi bildirlən 3 provayder də, bildiyim qədər bu yaxınlarda digər bir bəkbone provayderin tabeliyində olan qurum tərəfindən yenicə satın alınıb. Bu baxımdan bir backbone provayder olaraq Delta-nın adı çəkilən provayderlərlə məhkəmə çəkişməsi bitmədən, borclarla bağlı hansısa anlaşma əldə olunmadan başqa bir bəkbonun tabeliydəki quruma məxsus provayderlərin internetini tam kəsməsi doğru olmazdı”.

Xeberler.az

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.