Previous Next
Bağla

Delta Telecomda nə baş verir?

21-04-2020 19:31
Delta Telecomda nə baş verir?

Hazırda Azərbaycan İnternetində problemlər yaşanır. Ölkənin 2 əsas magistral provayderindən biri olan Delta Telecomum ölkə daxili şəbəkəsində yaranan qəza ilə əlaqədar olaraq bir sıra provayderlərdə və iri şirkətlərin internet təchizatında internet bağlantısı kəsilib.

İlkin məlumatlara görə Delta Telekomun 2-ci əsas Mərkəzi, ATS 66-da yerləşən Mərkəzi ilə DeltaTelecomum əsas Mərkəzini birləşdirən fiber-optik xətlərdə (Heydər Əliyev Mərkəzi qarşısında) zədələnmələr baş verib.

Bu qəzanın kimlərsə tərəfindən, xəbərdalıq edilmədən aparılan qazıntı işləri zamanı baş verdiyi bildirilir. Bunun nəticəsində Deltanın 2-ci əsas Mərkəzində yerləşən resurslarda problem yaranıb.

Delta mövcud alternativləri işə salsa da son zamanlar ölkədə internet trafikin həcmi bir neçə dəfə artdığından mövcud resurslar və alternativlər tələbatı tam ödəyə bilməyib. Beləliklə də yalnız DeltaTelecomdan internet alan provayderlər və iri şirkətlərdə, dövlət qurumlarında problemlər yaranıb.

Eyni zamanda Delta Telecomdan internet alan 2-ci səviyyəli provayderlərin alternativlər üzərindən bağlantıları olmadığından, yalnız bir xətt üzərində oturduğundan bu cür provayderlərdə ümumiyyətlə internet tam kəsilib. Hazırda DeltaTelekomda qəzanın aradan qaldırılması, internetin dayanıqlığının təmin olunması istiqamətində işlər aparılır.

Məsələyə Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz açıqlama verib:

"Baş verənlər bir daha göstərir ki, ölkədə dayanıqlı informasiya infrastrukturunun formalaşdırılması, kəsilməz və keyfiyyətli internet bağlantısı sahəsində son illərdə bir xeyli işlər görülsə də problemlər hələ də qalmaqdadır.

Bu tip hadisələr eyni zamanda ölkənin informasiya təhlükəsizliyi üçün də təhdiddir.
Ölkənin əsas internet təchizatçısı olan DeltaTelecom istənilən şəraitdə dayanıqlı olan, tələbatı ödəyə biləcək alternativlərin yaradılmasına diqqət yetirməlidir.
Düşünürəm ki, cavabdeh dövlət qurumları və backbone provayderlər ölkədə istənilən şəraitdə dayanıqlı olan, alternativlər üzərində qurulan infrastrukturun formalaşmasina diqqət yetirməlidir.

NRYTN və magistral provayderlər 2-ci səviyyəli provayderlər qarşısında alernativ kanalların olmasını məcburi şərt olaraq irəli sürməlidir".

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Balakəndə 7 saat müddətində internet olmayıb

29-07-2019

Ekspert: "NRYTN-in açıqlaması, reallığı əks etdirmir"

22-04-2020

AİF Azərbaycan internetində yaranan problemlə bağlı açıqlama yaydı

17-11-2015

Ölkədə internetin keyfiyyəti yaxşılaşacaq

24-08-2010

Azərbaycan İnternet tarixində ən “qara gün”dür

16-11-2016

Azərbaycanın ikinci backbone provayderi Azərtelekom alternativlər təklif edir

16-11-2015

«İstifadəçilər aşağı qiymətlə internet istəyirlərsə,hələ çox gözləməlidirlər»

04-09-2009

Delta Telekom-a kiberhücum Rusiyadan ola bilərmi? - Ekspertdən açıqlama

21-08-2025

Delta Telecom-da baş verən yanğın təxribatdırmı ?

17-11-2015

Azərbaycan internetində nə baş verib?

04-08-2016

Diqqət ! Ölkənin əsas Provayderi - Delta Telekom birdən birə qiymətləri 2 dəfə endirdi

03-02-2009

Delta Telecom SAZZ provayderini məhkəməyə verdi

23-05-2017

Azərbaycanda İnternetin qiyməti ucuzlaşa bilər

29-03-2015

Delta Telecom internetlə bağlı yaranmış problemə aydınlıq gətirib

04-08-2016

“Çəkidə aldadan” provayderlər məlum olacaq –Yeni xidmət

04-03-2016

Delta Telecom: “Yanğının fəsadları tam aradan qaldırılıb və alternativ sistem qurulub”

03-12-2015

“Doğma provayderlər” interneti kimdən pulsuz alırmış?

28-12-2015

Azərbaycanda internet kəsilə bilərmi?

26-10-2017

Delta Telecom provayderləri məhkəməyə verəcək

12-01-2016

16 noyabr tarixdə Delta Telecom-da nə baş verib ?

21-11-2015

Partlayışla bağlı ekspert açıqlama verdi

03-07-2018

Delta Telecom-un provayderlərlə borc qalmaqalı nə yerdə qaldı?

29-12-2015

Azərbaycana daxil olan internet trafikin sürəti artıb

07-02-2012

Azərbaycanda internetin keyfiyyəti niyə pisləşib?

20-05-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə