“Çəkidə aldadan” provayderlər məlum olacaq –Yeni xidmət

04-03-2016 / 14:00

Delta Telecom yeni xidmət istifadəyə verib.

Xeberler.az-ın məlumatına görə, bu bakbone provayder 2-ci səviyyəli provayderlərin internet trafikindən (Delta Telecom-dan aldığı internet tutumundan) istifadə vəziyyətini sutka ərzində onlayn olaraq necə dəyişdiyinin qrafikini  öz saytında yerləşdirib.

Qeyd edək ki, bu günə qədər Delta Telecom-un saytında ancaq 2-ci səviyyəli provayderlərin aldıqları bütöv internet tutumunun həcmini görmək olurdu.

Beleliklə , bundan sonra artıq 2-ci səviyyəli provayderlərin bütün internet trafikindən sutka ərzində necə istifadə olunduğunu onlayn olaraq izləmək mümkün olacaq.

Qrafikdə hər bir provayderin sutka ərzində həm daxil olan, həm də çıxış trafikini haqqında məlumatlar yerləşdirilib.

Bu məlumatlar  isə provayderlərin Delta Telecom-dan aldığı trafikin müştərilərinin tələbatına uyğunluğunu asanlıqla yoxlamağa imkan verir.

Məsələn, qrafikdən görünür ki, ötən gün, 03.03.2016-cı il tarixində  Data Plus, AzDataCom, Ag-telecom (KATV1), Avirtel, Azercell, Caspel, Castel (AileNet), Connect, GlobalNet, NakhTel  provayderlərin trafiki sutkanın axşam saat 21-23 radələrində, istifadəçilərin internetdən ən çox istifadə etdiyi məqamlarda müştərilərinin tələbatına yetərincə cavab verməyib.

Həmin saatlarda adı çəkilən provayderlərdə yüklənmə yüksək həddə- 80% - 99.9% ətrafında, bəzilərində isə hətta 100% olub.  Belə desək, dolub-daşma olub. Bu, bu o deməkdir ki,  bu provayderlərin müştərilərinin qeyd olunan zamanda internetdən  normal istifadəsi mümkün olmayıb.  Yəni, bu provayderlər öz müştəriləri ilə bağladıqları müqavilələrdə nəzərdə tutulan sürəti həmin saatlarda  müştərilərə təqdim etmək gücündə olmayıblar.

Hətta , açıq-aşkar görsənir ki, RYTN-MHM (AzDataCom), Castel (AileNet),  AvirTel, Ag-Telecom(KATV1) qeyd olunan ərəfədə müştərilərinə yalnız  çəkidə aldatmaqla xidmət göstərə bilərdilər.

Bu provayderlər sutkanın istənilən saatlarında keyfiyyətli xidmət üçün  öz müştərilərinin tələbatlarına uyğun olaraq daha çox internet tutumu almalı idi.

Qrafikdən görsənir ki, adını çəkdiyimiz provayderlər əslində qeyd olunan gündə və qeyd olunan saatda öz müştərilərinin hamısını sadəcə “çəkidə aldadıblar”. Müqavilədə nəzərdə tutulan sürəti verməyiblər.

Xəbər verdiyimiz kimi, ekspertlər dəfələrlə vurğulayıb ki, ölkədə internetin keyfiyyətində ciddi problemlər var. Provayderlərin böyük əksəriyyətinin istifadəçiləri normal sürətli internetlə təmin etmirlər, necə deyərlər “çəkidə aldadırlar".

Ekspertlər Delta Telecom-un bu xidmətinin provaydərlərin təqdim etdiyi  internet xidmətlərinin keyfiyyəti üzərində ictimai nəzarəti daha da gücləndirməyə imkan yaradacağını vurğulayıblar. Delta Telecom tərəfindən yaradılan bu imkanın ölkədə internetin keyfiyyətinin yaxşılaşmasında mühüm rol oynayacağını bildiriblər.

Azərbaycanda 2 bakbon provayder var : Delta Telecom və Azertelekom. Azərbaycan internet bazarında 90% internet təminatı Delta Telecom milli operatou tərəfindən  həyata keçirilir.
 
Delta Telecom qonşu ölkələri də internetlə  təmin edir. Ölkənin 35-dək 2-ci səviyyəli provayderi  Delta Telecom-dan internet tutumu alır. Son dövrlərdə şirkətdən bildirilirdi ki, provayderlərin vaxtında ödəniş etməməsi səbəbindən bu qurumun vəziyyəti ağırlaşıb. Adı çəkilən bakbon provayder Rostelekom, Turktelekom və digər qlobal şirkətlərdən alaraq ölkəyə gətirdiyi internetin pulunu ödəməkdə çətinlik çəkir.
Bu səbəbdən də Delta Telecom ölkənin internet təminatında problemlər  yaranacağını, həmçinin də ödəniş etməyən 2-ci səviyyəli  provayderləri də məhkəməyə verəcəyini bildirib.

Xeberler.az

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə