Dekoderləri necə quraşdırmalı?-Təlimatlar

03-11-2016 / 16:29

Məlumat verdiyimiz kimi, noyabrın 1-dən Bakı şəhəri və Abşeron yarımadasında analoq televiziya yayımı dayandırıldı.

Belə ki, bir neçə gündür ki, Bakı, Sumqayıt şəhərləri və Abşeron yarımadasında rəqəmli televiziya yayımına keçid davam edir.

Məlum olduğu kimi, respublika ərazisində yerüstü yayımlanan TV proqramlarının analoq TV qəbulediciləri ilə izlənilməsi üçün DVB-T standartına uyğun olan dekoderlərin (Set-Top-Box) istifadəsi ilə bağlı maarifləndirmə tədbirlərinin aparılması teleradio yayımçılarına və digər müvafiq qurumlara, eyni zamanda Azərbaycan Respublikasında fəaliyyət göstərən sahibkarlara DVB-T standartına uyğun olan dekoderlərin (Set-Top-Box) satışının təşkilinin təmin edilməsi tövsiyə edilib.

Qeyd edildi ki, əhali rəqəmli yayımı qəbul etmə imkanı olmayan televizorlar üçün isə dekoderləri  istifadə haqda təlimatla birgə poçt şöbələrindən əldə edə bilər.

Əhalinin dekoderlərdən istifadəsi zamanı yaşana biləcək problemlərin qarşını almaq üçün RYTN  NPR-4000T markalı rəqəmli çevirici qurğudan (dekoder) istifadə barədə təlimat təqdim edib.

Xeberler.az nazirliyə istinadən məlumat verir ki, qurğuların sazlanması zamanı bu təlimata əməl etmək faydalı ola bilər.

Qeyd edək ki, rəqəmli qəbuledicisi olmayan televizorlar üçün əlavə qurğunu radioelektron malların satış məntəqələrindən və istifadə haqda təlimatla birgə poçt şöbələrindən əldə etmək mümkündür.

- NPR-4000T markalı rəqəmli çevirici qurğu analoq televizorlara qoşulmaqla açıq yayımlanan DVB-T standartlı rəqəmli televiziya proqramlarının qəbulu üçün nəzərdə tutulmuşdur;

- Çevirici qurğu vasitəsilə rəqəmli televiziya proqramlarını qəbul etmək üçün analoq televizora birləşdirilən adi efir antenası bu qurğunun arxa hissəsində yerləşən RF İN girişinə qoşulmalıdır;

- A/V (üç rəngli başlığı olan) kabelin bir tərəfi rənginə uyğun olaraq çevirici qurğunun arxa hissəsində yerləşən VİDEO (sarı), R-AUDİO (qırmızı) və L-AUDİO (ağ) girişlərinə birləşdirilməlidir;

- A/V kabelin digər tərəfi isə analoq televizorun arxasında (və ya yan hissələrində) yerləşən İN VİDEO (sarı), R-AUDİO (qırmızı) və L-AUDİO (ağ) girişlərinə birləşdirilməlidir;

- Analoq televizorların arxa hissəsində yalnız İN VİDEO (sarı) və R-AUDİO (qırmızı) və ya İN VİDEO (sarı) və L-AUDİO (ağ) girişləri olduqda yalnız bu qeyd olunan iki girişə A/V kabelin qoşulması təmin edilməlidir;

- Yuxarıda qeyd olunan kabellər birləşdirildikdən sonra qurğunun elektrik kabeli 220V-luq şəbəkəyə qoşulmalı və bu halda qurğunun ön hissəsində sol tərəfdə qırmızı işıq yanarsa, bu işığın yanında olan və ya pultdaki POWER düyməsi basılmalı, analoq televizor A/V rejiminə keçirilməlidir;

- Çeviricinin pultundakı Menyu düyməsi basılaraq Menyuya daxil olmaq lazımdır;

- Pultun idarəetmə düymələrindən (sağ, sol, yuxarı və aşağı) istifadə etməklə Menyuda Axtarış (Поиск) səhifəsinə keçmək və Avtomatik və ya Əl ilə (РУЧНОЙ) axtarışa daxil olmaq lazımdır;

- Əl ilə axtarış (РУЧНОЙ) zamanı kanal tezliyi (ЧАСТОТА КАНАЛА) qurğunun yerləşdiyi yaşayış məntəqəsində rəqəmli televiziya kanalına uyğun seçilərək (Məsələn Bakı şəhəri üçün 37 və 48-ci TV kanallar) axtarış üçün OK düyməsi basılmalıdır.

Qurğunun analoq televizora qoşulması ilə bağlı hər hansı əlavə sual yaranarsa hər gün 24 saat ərzində ölkənin istənilən yaşayış məntəqəsindən 01 fevral 2017-ci il tarixinədək ödənişsiz olmaqla

1411 qaynar xəttinə zəng etmək və ya www.dvbt.az saytından ətraflı məlumat əldə etmək olar.

 

Məltəm Talıbzadə


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.