Facebook rəhbərindən etiraf: “Səhv etdik”

22-03-2018 / 12:28

Facebook-u başı yenə bəladadır. Belə ki, ötən həftə The Guardian tərəfindən ortaya çıxardılan skandal ilə Facebook günahlandırılır.

Məlumata görə, ABŞ-da seçkilər zamanı Cambridge Analytica adlı şirkət milyonlarla ABŞ vətəndaşının məlumatını siyasi məqsədlər üçün istifadə edib.

ABŞ Federal Ticarət Komissiyası (FTC) Facebook-un 50 milyon istifadəçisinin məlumatını Cambridge Analytica adlı şirkətə verdiyi iddiası ilə istintaqa başlayıb.

Qeyd edək ki, bu məlumatları mediaya Cambridge Analytica-nın köhnə işçisi Christopher Wylie danışıb.

Facebook-un rəhbəri Mark Zuckerberg günlərdir müzakirə edilən məsələ ilə bağlı sakitliyini pozaraq, açıqlama verib.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, şirkət rəhbəri açıqlamasında səhv etdiklərini qəbul edib.

CNN telekanalına danışan Facebook CEO-su bu skandal səbəbiylə həqiqətən üzgün olduqlarını deyib. O, gizlilik məsələsi ilə bağlı siyasətlərini daha da sərtləşdirəcəklərini açıqlayıb.

Cambridge Analytica skandalı səbəbiylə çətin günlər keçirən Facebook martın 20-də 5 faiz dəyər itirərək son dörd ilin ən pis gününü keçirib. Şirkət bir həftə ərzində 50 milyard dollar itirib.

Günel


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.