İmtahan suallarının yayılmasında qanun pozuntusu yoxdur

13-04-2019 / 11:23

Aprelin 7-si buraxılış imtahanlarından sonra sualların sosial şəbəkədə yayılması geniş müzakirələrə səbəb olub. DİM-isə açıqlamasında belə hallara yol verən şagirdlərin barkodlar vasitəsilə asanlıqla müəyyən edildiyini və onların imtahan nəticələrinin ləğv olunacağını qeyd edib.

Xeberler.az  bildirir ki, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz mövzu ilə bağlı açıqlama verib:

"İmtahan suallarının, kitabçaların imtahandan sonra açıqlanması qanun pozuntusudurmu?

DİM rəsmisi bildirib ki, sual kitabçasının, əvvəlki imtahan tapşırıqlarının sosial şəbəkələrdə paylaşılması ciddi qayda pozuntusudur. Qurum bununla bağlı hüquq mühafizə orqanlarına da müraciət etdiyini bildirib.

Düşünürəm ki , DİM-in bu problemin həllinə yanaşması qüsurludur. Mən şəxsən bilirəm ki, elə kurslar, repetitorlar var ki , şagirdlərinə sadəcə fərqli imtahan suallarını yadda saxlamağı tapşırırlar. 

Və imtahandan sonra artıq bütün suallar bəlli yerlərdə olur. Düşünmürəm ki burada hansısa qanun pozuntusu var. Əminəm ki , DİM imtahan verənlərə də sualları yadda saxlamağı qadağan etməyəcək. Belə olan halda fikrimcə DİM problemin həlli üçün fərqli yol düşünməlidir.

Əslində , bildiyim qədər DİM belə də edir. Yəni, tam fərqli tapşırıqlardan istifadə olunmalıdır. Müxtəlif vaxtlarda keçirilən eyni tip imtahanlara DİM tərəfindən eyni sualların salınacağını gözləmək sadəlövhlük olardı. Bildiyim qədər tam fərqli suallardan da istifadə olunur. Belə olan halda , düşünürəm ki yuxarıdakı açıqlamaların da yeri yoxdur.

Güman ki DİM sadəcə kommersiya baxımından sualların yayılmasında maraqlı deyil. Düşünürəm ki, DİM -in test bazasını genişləndirməsi daha doğru olardı. Dövlət vəsaiti hesabına əldə olunun, artıq bir dəfə istifadə olunan test tapşırıqlarından başqa qurumların və abituriyentlərin istifadəsinə DİM-in tolerant yanaşması daha doğru olardı".


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.