Previous Next
Bağla

Abituriyent jiletin düyməsində gizlədilən kameradan istifadə etmək istəyib

03-05-2017 21:31
Abituriyent jiletin düyməsində gizlədilən kameradan istifadə etmək istəyib

Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinə II və III ixtisas qrupları üzrə keçirilən qəbul imtahanları ilə əlaqədar yaradılmış Apelyasiya Komissiyasının yekun məlumatını açıqlayıb.

Xeberler.az məlumat verir ki,  1-3 may tarixlərində fəaliyyət göstərən Apelyasiya Komissiyasına imtahanın məzmunu ilə əlaqədar daxil olan müraciətlərə ekspertlər tərəfindən ətraflı cavab verilib və bununla bağlı hər bir abituriyentlə akt imzalanıb. Komissiya fəaliyyət göstərdiyi tarixlərdə imtahanlarda baş vermiş müxtəlif hallarla bağlı araşdırma aparmış və müvafiq qərarlar qəbul edib.

İmtahanda baş verən bir sıra hallarla bağlı Komissiya abituriyent və valideynlərə müraciət edir. Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlarda təhlükəsizliyin təmin edilməsi, eləcə də imtahan binasına qadağan olunmuş vasitələrin keçirilməsinin qarşısının alınması üçün imtahan binasının girişində xüsusi buraxılış rejimi tətbiq olunur.

Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDMX), Gənclər və İdman Nazirliyinin əməkdaşları tərəfindən binaya daxil olan hər bir şəxs baxışdan keçirilir.

Qəbul qaydalarına əsasən, iştirakçılar tərəfindən binaya mobil telefon və digər rabitə vasitələri, kalkulyator və digər elektron cihazlar, konspekt, lüğət, cədvəl, məlumat kitabçası və digər yardımçı vasitələr gətirmək və ya onlardan istifadə etmək qadağandır. Bununla bağlı məlumat abituriyentin yaddaş kitabçasında, həmçinin imtahana buraxılış vərəqəsində də qeyd olunur.

Qeyd edilib ki, dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq müəyyən abituriyentlər yenə də imtahan binasına telefonla daxil olmağa cəhd edirlər. Belə ki, aprelin 30-da ali təhsil müəssisələrinə II və III ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarında da bu cür hallara rast gəlinib.

Qeyd edək ki, buraxılış rejimi zamanı abituriyentlərdən ümumilikdə 130-a yaxın mobil telefon, texniki vasitələr və çoxsaylı köməkçi tədris materialları aşkar edilib və həmin abituriyentlər imtahana buraxılmayıb.

Dövlət İmtahan Mərkəzi bir daha abituriyentlərə ciddi xəbərdarlıq edir. Qəbul qaydalarına zidd olaraq imtahan binasına qadağan olunmuş vasitələr keçirən abituriyentlərin imtahan nəticələri ləğv ediləcək.

Bundan əlavə, imtahandan bir gün əvvəl DİM və XDMX əməkdaşlarının iştirakı ilə təhlükəsizliyin təmin edilməsi məqsədilə bütün imtahan zalları, giriş-çıxış qapıları, binanın zirzəmisi, damı möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarına mühafizə üçün təhvil verilir.

29 aprel tarixində imtahan keçiriləcək binalarda aparılan yoxlama zamanı müxtəlif yerlərdə əvvəlcədən gizlədilmiş mobil telefonlar aşkar edilib. Bir binada sanitar qovşağının su çənində 2 ədəd mobil telefon, digər binada isə zibil vedrəsində 1 ədəd mobil telefon gizlədilib.

Öncədən həyata keçirilmiş tədbirlər nəticəsində imtahan günü telefonları gizlətdiyi yerdən götürən abituriyentlər saxlanılıb.

Mobil telefonları su çənində gizlədən abituriyentin üzərinə baxış zamanı əynində olan jiletin düyməsinə xüsusi xırda kamera yerləşdirdiyi məlum olub.

Abituriyentin məqsədi test kitabçasını videoya çəkmək və naqilsiz qulaqcıq vasitəsilə kənardan ona deyilən cavabları cavab kartına köçürmək olub. Digər abituriyent isə mobil telefonu təhvil verməkdən imtina etmiş və onu yerə çırparaq sındırıb.

Xeberler.az

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Hərbi liseylərə qəbul imtahanı keçiriləcək

28-07-2022

İlk dəfə olaraq imtahan binalarında mobil telefon və digər rabitə qurğularını avtomatik aşkarlayan sistem tətbiq ediləcək

17-05-2014

35 mindən çox abituriyent imtahan verəcək

27-04-2017

Qəbul imtahanının nəticələri açıqlandı

26-05-2015

İmtahana buraxılış vərəqini necə çap etmək lazımdır?

04-04-2017

DİM: "İki nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub"

08-07-2023

Azərbaycanda ilk dəfə informatika fənni üzrə qəbul imtahanı keçirildi

05-06-2023

Sonuncu sınaq imtahanının nəticələri açıqlandı

06-05-2015

Qəbul imtahanları başlayır

06-04-2017

Ödənişsiz onlayn sınaq imtahanı

04-05-2018

Qəbul imtahanlarında iştirak etmək istəyən abituriyentlərin nəzərinə!

17-06-2022

İmtahan cavabları TQDK-nın rəsmi saytına yerləşdirilib

03-07-2015

Elektron sınaq imtahanları davam edir

30-03-2017

Yay qəbul imtahanlarında iştirak etmək üçün qeydiyyat başlanır

08-06-2022

Buraxılış və qəbul imtahanları ilə bağlı yenilik

22-09-2017

Buraxılış və qəbul imtahanların tarixi açıqlandı

17-01-2018

9-cu siniflər üçün buraxılış imtahanı başlayır

01-03-2017

DİM: İmtahan zalında gizlədilmiş “ağıllı” saat aşkar olunub, araşdırma aparılır

11-06-2023

Dövlət İmtahan Mərkəzi canlı yayım edəcək

10-05-2019

DİM: Elektron ərizə qəbulu davam edir

15-05-2017

Qəbul imtahanlarının I və II mərhələsi üzrə onlayn sınaq imtahanları keçiriləcək

08-02-2019

Rəqəmsal SAT imtahanı keçiriləcək

09-09-2025

Elektron ərizə qəbulu sistemi aktivləşib

04-05-2017

TQDK-nı əvəz edən qurum hazırlıq kursları təşkil edəcək

12-04-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə