İT mütəxəssislər üçün iş yerləri

03-10-2015 / 11:57

Xəbərlər “İnformasiya texnologiyaları (İT) sahəsində vakansiya” layihəsi çərçivəsində bu həftə üçün  İT sahəsində olan vakansiya yerlərini təqdim edir:

Atəşgah sığorta 21-30 yaşlarında, müvafiq sahədə ali təhsil (İnformasiya texnologiyaları, kibernetika, kompüter mühəndisliyi və s.), kompüter və avadanlıqlarla (printer, skayner və s.) işləmə bacarığı, şəbəkənin və serverlərin əsaslarına dair minimal nəzəri və praktik bilikləri olan şəxsləri İT texnik vəzifəsinə işə dəvət edir. Namizəddən  “Help desk” dəstəyin təmin olunması üzrə təlim və ya təcrübənin olması (üstünlük verilir), Azərbaycan dili və rus dili tələb olunur. Əmək haqqı 300 AZN
Əlaqələndirici şəxs: HR Departament (012) 940
Daha ətraflı məlumatı buradan almaq mümkündür. 

IRIX şirkəti rus və ingilis dillərini bilən İT mütəxəssis vakansiyasını elan edir. Şirkət namizəddən bütün kompüter və İT avadanlıqları tanımaq, onları xarakterizə və müqayisə edə bilmək bacarığı, BİOS, Windows 98/XP/7/2003/2008/2012 ƏS, drayver yaza və yeniləyə bilmək, MS Excel, Word, PowerPoint, Outlook proqramlarını sərbəst istifadə edə bilmək, Fərqli Boot CD növləri ilə sərbəst işləyə bilmək, sadə simli və simsiz şəbəkə quraşdıra və idarə edə bilmək, Server (AD, Proxy, Mail, Web, WDS, VPN, Terminal və s.) quraşdıra və idarə edə bilmək bacarığı tələb olunur. Kompleks şəbəkə quraşdırma və idarə edə bilmək, Linux ƏS-i bilmək üstünlükdür. Əmək haqqı 400-600 AZN 
Daha ətraflı məlumatı buradan almaq mümkündür. 

Parabank ASC İdarəedici informasiya sistemləri şöbəsinə baş mütəxəssis vəzifəsinə vakansiya elan edir. Namizəd mühasibat uçotu, bank işi və ya iqtisadiyyat sahəsində ali təhsil, Azərbaycan Respublikasının qanunvericiliyini və AMB-nin normativ xarakterli aktlarını bilməsi, Excel proqramının bütün dərinliklərini bilməli, maliyyə sahəsində minimum iki il iş təcrübəsi, bank əməliyyatlarının bütün aspektləri ilə tanışlıq, müvafiq proqram təminatları və riyazi təfəkkür qabiliyyətinə malik olmalıdır.
CV-ləri İİS baş mütəxəssis mövzusu ilə gunash.mustafayeva@parabank.az elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Daha ətraflı məlumatı buradan almaq mümkündür. 

Avetech MMC 20-27 yaşlarında, ali texniki təhsilli, 1 ildən 3 ilə qədər iş təcrübəsi olan şəxsləri İT texnik vəzifəsinə işə dəvət edir.
Namizəddən əməliyyat sistemlərinin və əsas proqramların biliyi, yenilənmələrin yükləmə bacarığı, microsoft əsaslı tətbiqlərin idarə edilməsi (Windows Servers, IIS, Windows Services), aktiv şəbəkə cihazlarının quraşdırma, baxım və idarəetmə təcrübəsi, TCP/IP, LAN, WAN, VPN bilikləri, verilənlər bazasının quraşdırma və idarəetmə (MS SQL) əsasları, Terminal Server (2003-2008 )-I bilmək tələb olunur. Əlaqədar şəxs Cavanşir Əlizadə
Telefon: (050) 299-99-57
E-mail: info@avatech.az
Şəkilli CV-lərinizi info@avatech.az adresinə göndəriniz (mövzu yerinə HELP DESK yazmağınız xahiş olunur.
Daha ətraflı məlumatı buradan almaq mümkündür. 

LSİM MMC 20-45 yaşlarında, ali təhsilli, 1 ildən 3 ilə qədər iş təcrübəsi olan Java proqramçı vakansiyasını elan edir. Namizəd Java və PL / SQL təcrübəli proqramlaşdırma bacarıqları, kompüter şəbəkəsi, şəbəkə proqramlaşdırma, PHP və Linux bilmək tələb olunur. Əlaqədar şəxs Tural
Telefon: (012) 598-88-55, (012) 598-88-44, (051) 957-40-83
E-mail: tural@lsim.az
Daha ətraflı məlumatı buradan almaq mümkündür. 

Asel group 24-30 yaşlarında, ali təhsilli, 1 il iş təcrübəsi olan web dizayn programlarını, rus dilini bilən namizədləri kontent menecer vəzifəsinə işə dəvət edir. Əmək haqqı 350 AZN Əlaqədar şəxsin adı: Ülviyyə
Email: cv@aselgroup.az
Telefonu: (055) 7123610, (070) 8464301
Daha ətraflı məlumatı buradan almaq mümkündür. 

 

Sevinc Çəltikova


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.