Kosmik peyk xidmətləri Azərbaycana artan gəlir gətirən mənbələrdən birinə çevrilir

08-01-2019 / 10:47

Osman Gündüz : "Peyk xidmətlərinin ixracı Azərbaycan üçün yeni sahədir, gələcəkdə bu sektordan əldə olunacaq gəlir arta bilər”

Açıqlanan statistik rəqəmlərə əsasən, “Azərkosmos” peyk xidmətlərinin ixracını artırıb. “Azərkosmos” ASC-nin peyk xidmətlərinin ixracının həcmi 2018-ci ilin noyabrında 1,6 milyon dollar təşkil edib. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxracat icmalı”nda deyilir. Mərkəzin məlumatına əsasən, ASC-nin xidmətlərinin ixracından əldə etdiyi gəlir operatorun gəlirlərinin ümumi həcminin 88 faizini təşkil edib.

2018-ci ilin yanvar-noyabr aylarında peyk və telekommunikasiya xidmətlərinin ixracından Açıq Səhmdar Cəmiyyətinin gəlirlərinin ümumi həcmi 24 milyon dollar təşkil edib.

Qeyd edək ki, ASC-nin xidmətləri 24 ölkəyə göstərilib. Operatorun xidmətlərinin ixracının əsas payı Fransa (10,9 milyon dollar), Malayziya (8,4 milyon dollar), BƏƏ (1,4 milyon dollar), Almaniya (825 min dollar) və Gürcüstan (531 min dollar) kimi ölkələrə düşüb.

Xeberler.az  məlumat verir ki, peyk xidmətlərinin ixracının artması ilə bağlı fikir bildirən İKT sahəsi üzrə mütəxəssis Osman Gündüz Bakı-Xəbər-ə açıqlamasında qeyd etdi ki, bu sektor Azərbaycan üçün yeni bir xidmət sahəsidir: 

“Məlumdur ki, Azərbaycanın üç peyki var. İkisi telekommunikasiya, biri isə müşahidə funksiyasına həyata keçirən peykdir. Hesab edirəm ki, peyklər vasitəsilə gəlirin əldə olunması, büdcəyə vəsaitin daxil olması alqışlanası addımdır. Nəzərə almaq lazımdır ki, üç peyk böyük vəsaitlər hesabına orbitə qaldırılıb. Üç peykə təxminən 1 milyard manat sərf olunub”.

Ekspert hesab edir ki, peyk xidmətlərindən daha çox gəlir əldə etmək üçün müəyyən işlər görmək lazımdır: “İlk olaraq bildirim ki, peyk vasitəsilə əlavə xidmətlər yaratmaq lazımdır. Həmçinin, daha sərfəli müştərilər tapıb, müqavilələr bağlamaq lazımdır. Yeni tərəfdaşlar həm ölkə daxilində, həm də ölkə xaricində axtarılmalıdır. Bu istiqamətdə işləri gücləndirmək lazımdır ki, yeni müştərilər cəlb olunsun”.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.