Previous Next
Bağla

İKTA: 2 ildə 163 minə yaxın avadanlığın idxalına icazə verilib

26-01-2026 15:56
İKTA: 2 ildə 163 minə yaxın avadanlığın idxalına icazə verilib

Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) 2024 – 2025-ci illər ərzində 1373 hüquqi və fiziki şəxsin 173 544 ədəd avadanlığa icazə üçün müraciətinə baxıb.

Xeberler.az bildirir ki, bunlardan 452 şəxs “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan müxtəlif markalı və modelli 6970 avadanlığa xüsusi icazə verilməsi ilə bağlı müraciət edib. 342 müraciət üzrə 4960 avadanlığın mülki dövriyyəsi üçün xüsusi icazə verilib. 87 müraciət üzrə 368 avadanlığa qanunvericiliyə uyğun tələb edilən sənədlər təqdim olunmadığı üçün icazə verilməyib. 19 müraciət üzrə 43 avadanlığın mülki dövriyyəsinə xüsusi icazə tələb olunmadığına dair ərizəçilərə məktub göndərilib.

Bununla yanaşı, 2024 – 2025-ci illər ərzində 166 574 avadanlığın idxalına görə 921 müraciət qeydə alınıb. 162 831 avadanlığın idxalı üçün 847 müraciət qanunauyğun cavablandırılıb. 3 737 avadanlığın idxalına dair daxil olmuş 71 müraciət üzrə ərizəçilərə tələb olunan sənədlərin təqdim edilməsi bildirilib.

Xatırladaq ki, 2024-cü ilin mart ayında İKTA “Radioelektron vasitələrə verilən icazələr” elektron xidmətini (https://e-permission.icta.az) istifadəyə verib. Elektron xidmətin tətbiqi ilə müraciətlər daha sürətli və effektiv cavablandırılıb.

Həmçinin 2025-ci ilin yanvar – dekabr aylarında “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 19.6.4-cü maddəsinə əsasən sürətli poçt xidməti üçün 283 müraciət üzrə təqdim olunan ərizələrə əlavə edilən sənədlərdəki məlumatların uyğunluğu qiymətləndirilib.

Nəticədə 278 ünvanda sürətli poçt xidmətinin göstərilməsi üçün müraciətlərə müsbət cavab verilib. Digər 5 müraciətlə bağlı isə müsbət rəy verilməyib.

Qeyd edək ki, telekommunikasiya və poçt rabitəsi sahəsində tənzimləyici olan İKTA bu sahələrin inkişafı üçün qanunvericilik və nizamnamə çərçivəsində fəaliyyətini davam etdirəcək.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bu ilin 11 ayında 116 min avadanlığın idxalına icazə verilib

09-12-2025

Ötən il İKTA tərəfindən 41 minə yaxın avadanlığa icazə sənədi verilib

17-01-2025

Bu ilin I rübündə 8 mindən çox avadanlığın idxalına xüsusi icazə verilib

02-05-2025

Bu ilin aprel-sentyabr aylarında 30 minə yaxın avadanlığa icazə sənədinin verilməsi təmin edilib

17-10-2024

Verilən xüsusi icazələrin sayı açıqlanıb

20-06-2024

İKTA: 4 ayda radio avadanlıqları ilə bağlı 350 müraciət daxil olub

05-05-2026

İKTA yeni elektron hesabatlılıq sistemini işə salıb

25-06-2025

İKTA: 3 ayda radio avadanlıqları üzrə 226 müraciətə baxılıb

15-04-2026

İKTA radioelektron vasitələrə icazələrin verilməsini asanlaşdırır

13-03-2024

“Radioelektron vasitələrə verilən icazələr” sisteminin təqdimatı keçirilib

11-07-2025

Radiotezlik resurslarından istifadə edilməsi mövcud qanunvericilik çərçivəsində tənzimlənir

05-06-2024

Energetika Nazirliyi ASAN Xidmət mərkəzi vasitəsilə 242 icazə verib

26-12-2018

"mygov"da daha iki yeni xidmət istifadəyə verilib

12-01-2026

İKTA beynəlxalq onlayn sifarişlər edən vətəndaşlara müraciət edib

19-03-2026

İKTA 2024-cü il üçün hesabatını açıqlayıb

03-03-2025

Azərbaycanda tikintiyə icazə verilməsi elektronlaşdırılıb

21-02-2019

İKTA 2025-ci il üçün hesabatını açıqlayıb

17-02-2026

Son 4 ayda Radiotezliklər üzrə Dövlət Komissiyası 17 müraciəti müsbət cavablandırıb

08-10-2024

Bütün e-xidmətlər nazirliyin saytında yerləşdirilib

16-01-2015

İnternet provayderi seçmək hüququnun pozulması ilə bağlı 17 müraciət həllini tapıb

05-06-2025

Bu il Radiotezliklər üzrə Dövlət Komissiyası 19 müraciəti müsbət cavablandırıb

11-06-2024

İKTA 2023-cü il üzrə hesabatını açıqlayıb

09-04-2024

Radiotezliklər üzrə Dövlət Komissiyasının iclası keçirilib

04-04-2025

İKTA poçt göndərişləri ilə bağlı xəbərdarlıq edib

30-04-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə