Osman Gündüz: Azərbaycan Rusiya və Çinin etmədiyini bacardı

12-01-2019 / 22:47

"Azərbaycan və Türkmənistan arasında Xəzər dənizinin dibi ilə fiber-optik kabel magistralının çəkilməsi çox əhəmiyyətli bir məsələdir".

Xeberler.az  bildirir ki, bunu Publika.az-a açıqlamasında "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.

"Bunun bizim üçün çox böyük faydası var. Bu regionun bazarında telekommunikasiya xidmətləri ilə əlaqəli uzun müddətdir ki, böyük dövlətlərin ( Rusiya, Çin və s.) maraqları da var. Məhz həm də bu səbəbdəndir ki, BMT-nin 3 dəstək qətnaməsi olmasına baxmayaraq, 10 ildir ki, TASİM realllaşa bilmir. Hətta bir müddət tam unudulmuşdu. Son dövrlərdə bu sahədə bir qədər fəallıq olsa da, heç bir konkret irəliləyiş əldə olunmayıb. Əvvəllər də bu istiqamətdə cəhdlər olub və uğursuz nəticələnib. İndi birdən-birə Türkmənistana doğru magistralın çəkilməsi və hətta oradan da Əfqanıstana internet sata biləcəyimizlə bağlı məsələnin yenidən gündəmə gəlməsi çox maraqlıdır. Yeri gəlmişkən, bizim 2 magistral provayderimiz də bu regiona telekommunikasiya və internet xidmətləri çıxarmaqda çox maraqlıydılar və bu istiqamətdə konkret işlər və nəticələr də ortada var", - deyə Osman Gündüz bildirib.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.