UNEC-də Startap Günləri keçiriləcək

15-05-2018 / 12:51

Növbəti Startap Günləri Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) keçiriləcək.

Bu barədə Xeberler.az-a Startap Azərbaycan Təşkilat Komitəsindən məlumat verilib.

Qeyd edilib ki, tədbir mayın 25-26-da təşkil olunacaq.

Məlumata görə, artıq Universitetdə hazırlıqlara başlanıb, Universitet rektorunun əmri ilə İşçi Qrup yaradılıb.

Hazırlıqlar dövründə Startap Azərbaycan ekspertlərinin də iştirakı ilə tələbələrlə görüşlərin keçirilməsi də nəzərdə tutulur.

Startap Günlərinin keçirilməsində məqsəd yeni startapların yaradılmasına kömək etmək və bu istiqamətdə tələbələrə informasiya-metodiki dəstək vermək, onlarda bilik və bacarıqlar formalaşdırmaq, eləcə də internet biznesin inkişafına təkan vermək və milli startap infrastrukturunu inkişaf etdirməkdən ibarətdir.

İki gün davam edən tədbirlər çərçivəsində tələbələrin biznes ideyalarının və yeni İnternet layihələrinin ilkin variantlarının yarışması olacaq.

Startap Günlərində tələbələr innovativ biznes ideyalar ətrafında komandalar formalaşdıracaq, mentorların və ekspertlərin köməyi ilə yeni startap layihələrinin ilkin variantlarını hazırlayacaqlar.

Günlər çərçivəsində yerli startap sahiblərinin, ekspertlərin və İT şirkət rəhbərlərinin yeni başlayan, internet biznesə maraq göstərən tələbə-gənclərlə görüşləri və təlimləri təşkil olunacaq. Tələbələrə startapların təqdim edilməsi, layihələrin ilkin versiyalarının, prototiplərinin hazırlanması mövzusunda təlimlər keçiriləcək.

Yekunda bu Layihələrin təqdimatları və yarışması təşkil olunacaq və peşəkar münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.

Qaliblərə və fərqlənənlərə təşkilatçıların və sponsorların qiymətli hədiyyələri, diplomlar və sertifikatlar təqdim olunacaq.

Startap Günlərinə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi rəsmi dəstək verir. Startap Günləri Startap Azərbaycan və UNEC təşkilatçılığı ilə keçirilir.

Layihəyə NRYTN yanında və İT-nin İnkişafı Dəstək Fondu və YTP dəstək verir.

Xeberler.az


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.