Azərbaycan Mərkəzi Bankı (AMB) sədrinin müavini Vüsal Xəlilov və Çinin “UnionPay” ödəniş sisteminin sədri Van Lisin arasında videokonfrans formatında görüş keçirilib.
Xeberler.az məlumat verir ki, görüşdə tərəflər arasında ödəniş kartlarının emissiyası və QR kod texnologiyalarının qarşılıqlı əlaqəliliyinin gücləndirilməsi sahəsində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti müzakirə olunub.
Görüşün yekununda tərəflər əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıblar.
Memorandum Mərkəzi Bank ilə “UnionPay” arasında əməkdaşlığın hüquqi bazasının yaradılmasına, əməkdaşlıq əlaqələrinin gücləndirilməsinə, eyni zamanda “UnionPay” kartlarının emissiyası və emalı, çarpaz pul köçürmə sistemlərinin inteqrasiyası, QR və token texnologiyalarının tətbiqi sahəsində qarşılıqlı fəaliyyətin genişləndirilməsinə töhfə verəcək.
Anlaşma Memorandumu çərçivəsində nağdsız ödənişlərin inkişafı istiqamətində təşəbbüslərin həyata keçirilməsi, yerli kart sahiblərinə daha sabit, təhlükəsiz və rahat kart təcrübəsinin, kart əsaslı məhsul və xidmətlərin, yeni innovativ məhsulların təqdim edilməsi, nağdsız iqtisadiyyata keçidi təmin edəcək texniki arxitektura və mexanizmlərin müəyyənləşdirilməsi nəzərdə tutulur.

Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları