Yeni robot it yaradılıb

19-08-2019 / 10:32

Xeberler.az bildirir ki, robot heç bir zaman canlı iti əvəz edə bilməz. Lakin, Florida Atlantik Universitetinin Maşın Qavrayışı və İdraklı Robot Texnikası Laboratoriyasının mühəndisləri süni intellektə sahib olan, özü-özünə təlim keçən robot it yaratmağa müvəffəq olublar. Onların “Balaca Astro” adını verdikləri, qeyri-adi görünüşə malik bu “ağıllı it” çox asanlıqla yeni  tryuklara öyrənə bilir. Astro yalnız xarici görünüşü ilə deyil, həm də cəld hərəkətetmə qabiliyyəti, insanlar üçün faydalı ola biləcək tipik hərəkətləri ilə həqiqi itə çox bənzəyir. Öz səhvlərindən nəticə çıxarmağı bacaran robot itə beyninə quraşdırılmış mexaniki sinir şəbəkəsi kömək edir. 

Astro “oturmaq”, “uzanmaq” kimi sadə əmrləri asanlıqla anlayır, insanları, eləcə də, digər itləri tanıya bilir. “Dəmir doberman”ın əsas vəzifəsi polis xidməti zamanı  silah və partlayıcı maddələrin axtarışıdır. Verilən tapşırığı yerinə yetirmək üçün “ağıllı it”ə lazım olan hər şey – radar, qaz, radiolakasiya, səs, optik və digər bu kimi mühüm ötürücülər onun beyninə yerləşdirilib. Mühəndislərin sözlərinə görə, kələ-kötür yollarda asanlıqla hərəkət edə bilən robot it, axtarış-xilasetmə işlərində polislərin işinə yaraya bilər. O, hətta, verilənlər bazasına istinad edərək, itkin düşən insanları da tapmağı bacarır. Bu işdə Astroya NVIDIA Jetson TX2 hesablama modulları kömək edir. Onlar “Dəmir doberman”a saniyədə 4 trilyon əməliyyatı “düşünməyə” imkan verirlər.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə