Yaponlar uşaq kimi hərəkət edən, hər şeyi öyrənmək istəyən robot ixtira ediblər.1.30 metr boyu və 33 kq çəkisi olan robot tamamilə insana bənzədilib. İnsandan fərqi isə sərhədsiz öyrənmə istəyinin olmasıdır.
”Uşaq robot” uşaq kimi getməyi, danışmağı öyrənir.Oturarkən qıçlarını yelləyir. Çiyinləri “insanın nəfəs alıb-vermə hərəkətlərini” təqlid edirmiş kimi enib- qalxır. Dəcəl uşaqlar kimi bir yerdə durmur, yerdə diyirlənir.
Tamamilə keçəl olan robot canlı baxışları ilə insanları heyran qoyur. CB2 adlı “dəcəli” yaponlar 2007-ci ildə inkişaf etdirmişdilər və onu 7 yaşlı uşağa bənzədirlər. Robot insan mimikalarını başa düşür və sifətinə toxunanda müəyyən reaksiya verə bilir.
Selikondan hazırlanmış boz “dəri”sinin altında olan müəyyən prosessor və ötürücülərin köməyilə robot hərəkət edir, öyrənir və reaksiyalara cavab verir. İnsanları təəccübləndirən xüsusiyyəti isə sərhədsiz öyrənmək istəyinin olmasıdır.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri