Gartner tədqiqat şirkətinin analitiklərinin fikrincə 2009-cu ildə mobil telefonların qlobal satış həcmi azalacaq və bunun səbəbini tədqiqatçılar iqtisadi böhranda görürlər.
Böyük Britaniyada çalışan orta statistik əməkdaş elektron poçtdan qeyri-effektiv istifadə etdiyinə görə günün bir saatını məktubların oxunmasına və göndərilməsinə həsr edir. Bu barədə Expert Messaging təşkilatı tərəfindən aparılmış araşdırmanın nəticələrində qeyd olunur.
Texnologiyaya ən tez uyğunlaşanların Yaponlar olduğunu sanırsınızsa yanılırsınız...
Yanğın istefasından dərhal sonra Yahoonun səhmləri birjada sürətlə dəyər qazanmağa başladı.Digər tərəfdən səhmlərin dəyər qazanması Microsoftu da təklifini yenidən nəzərdən keçirməyə məcbur etdi.
Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunda “Elektron elm” proqram layihəsi işlənilir. “Elektron Azərbaycan” Dövlət Proqramı tərkibində həmin layihənin işlənməsində iştirak edəcək alimlərin vəzifələri müəyyənləşdirilmiş, müvafiq təklif və tövsiyələr hazırlanmışdır.
Analitiklər kompüter mausunun tədricən yox olmasını qabaqcadan bildirirlər. Onların fikrincə, bu gün daha çox istifadəçi ekranda kursorun hərəkəti üçün maus əvəzinə sensor ekranlar, taçpadlar və multisensor trekpadlar vasitəsi ilə texnikanın idarə olunmasına üstünlük verir.
ABŞ-ın üç fərqli universitetindən olan 7 nəfərlik ekspert qrupu çox maraqlı bir araşdırmaya imza atıblar. Qrup üzvləri özlərini istənməyən e-poçta yollayıcıları kimi təqdim edərək spam göndərmək yoluyla nə qədər pul qazanıldığını ortaya çıxarmağa çalışıb.
Microsoft-un internet-təhlükəsizliyi üzrə mütəxəssisi Tim Krenton hesab edir ki, yaxın vaxtlarda kiberfırıldaqçılar dünya maliyyə böhranından istifadə edərək spam vasitəsilə qazanc əldə etməyə çalışacaqlar. Sorğuda iştirak etmiş 5 min avropalıdan 113-çü 2007-ci ildə internet-fırıldaqçıların qurbanı olduqlarını etirad ediblər.
Gartner şirkətinin tədqiqatçıları 10 strateji texnologiya siyahısında birinci pilləyəvirtuallaşdırma texnologiyasını layiq biliblər. Qeyd etmək lazımdır ki, burada nəinki server, həmçinin saxlanılma sistemlərinin və müştəri qurğularının virtuallaşdırılması texnologiyası da nəzərdə tutulur.
Azərbaycan hökuməti son illər müasir informasiya texnologiyalarının tətbiqi ilə bağlı bir sıra proqramlar həyata keçirir. Elektron hökumət dövlət proqramı, məktəblərin kompüterlərlə təmin olunması və s.
Alimlər belə qənaətə gəliblər ki, İnternetdə məlumat axtarışı yaşlı adamlara ağıl çevikliyini və yaddaşı qorumağa kömək edir. Los-Ancelesdə Kaliforniya Universitetinin tədqiqatçıları insanın İnternetdə axtarış edən zaman kəllə-beyin fəallığını yoxlayan maqnit-rezonans monitorinqi keçiriblər.
Ultra portativ qurğuların (Ultra Mobile Device – UMD) seqmenti ən dinamik sahə hesab olunur. Ona kompüterlər, netbuklar və İnternetə qoşulan mobil cihazlar (MID – mobile Internet devices) daxildir.
“Kasperskiy laboratoriyası” şirkəti keçən ay ərzində İnternetdəki spamerlərin fəallığını yoxlayan analizin nəticələrini açıqladı. Məlumata görə, trafikdə olan lazımsız məktubların sayı avqust ayı ilə müqayisədə 1,9 faiz artıb və orta hesabla 82,2 faiz təşkil edib. Ən aşağı spam göstəricisi sentyabrın 15-də qeydə alınıb (71,6 faiz).
Bloomberg agentliyinin rəyinə əsasən, Microsoft, Intel və informasiya texnologiyaları sahəsinin digər nümayəndələrinin 2009-cu ildə satış həcmi, maliyyə böhranı nəticəsində 170 milyard ABŞ dolları azalacaq.
BBC News xəbər verir ki, italiyalı məktəblilər bir il dərsliklərini kompüterlə əvəz edəcəklər. Bu təcrübəni Türin şəhərinin məktəblərindən biri aparır. 60-dan çox 8-10 yaşlı məktəbli oktyabrın 8-dən etibarən dərsə noutbukla gedir.
Almaniyanın «Siemens» Sənaye Konserni fərdi kompüter və noutbukların iri istehsalçısı olan «Fujitsu Siemens Computers» şirkətindəki 50%-lik iştirak payını sataraq
Dubay dünyada ən böyük LED ekran qurmaq fikrindədir. Bu işlə Tameer Holding şirkəti məşğul olacaq.
CEATEC 2008 sərgisində Sharp qeyri-adi məhsul təqdim edib. Daha doğrusu məhsulun qidalanma növünü nümayiş etdirib. Tanınmış 52” enerji effektli, maye-kristallı panelini indiyədək günəş batareyaları ilə qidalandırmaq heç kimin ağlına gəlməmişdi.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları